Biblia Todo Logo
在线圣经

- 广告 -




Yaradılış 21:14 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

14 İbrahim səhər tezdən qalxdı, çörək və bir tuluq su götürüb çiyninə qoyaraq Həcərə verdi. Uşağı da ona verib onu yola saldı. Həcər gedib Beer-Şeva çölündə dolaşdı.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

14 İbrahim səhər tezdən qalxdı, çörək və bir tuluq su götürüb çiyninə qoyaraq Həcərə verdi. Uşağı da ona verib onu yola saldı. Həcər gedib Beer-Şeva çölündə dolaşdı.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

14 Ибраһим сәһәр теэдән галхды, чөрәк вә бир тулуг су ҝөтүрүб чијнинә гојараг Һәҹәрә верди. Ушағы да она вериб ону јола салды. Һәҹәр ҝедиб Беер-Шева чөлүндә долашды.

参见章节 复制




Yaradılış 21:14
28 交叉引用  

Kölə evdə daim qalmaz, oğulsa daim qalar.


Çalışmaq üçün nə bacarırsan, var gücünlə et. Çünki gedəcəyin ölülər diyarında nə iş, nə fikir, nə bilik, nə də hikmət var.


Kim ki qonşusunu sübh erkən ucadan salamlar, O zaman salamı söyüş sayılar.


İlyas bunu görüb canını qurtarmaq üçün Yəhudada olan Beer-Şevaya getdi. Nökərini orada qoyub,


Səhər tezdən qalxıb bir-birlərinə and içdilər. İshaq onları yola saldı və onlar sağ-salamat onun yanından getdilər.


Cariyələrinin oğullarına isə hədiyyələr verdi. Sağlığında onları oğlu İshaqın yanından şərq torpağına tərəf göndərdi.


Buna görə də o buranı Beer-Şeva adlandırdı, çünki onların ikisi də orada and içdi.


Rəbbin mələyi Şur yolundakı çöldə olan bulağın yanında onu tapdı.


Çünki Xeşbon tarlaları, Sivma tənəkləri qurudu. Başqa millətlərin başçıları seçmə budaqlarını qırdı, O budaqları ki Yazerə qədər uzanardı, Səhraya çatırdı, şaxələnib dənizi aşırdı.


İsrail özünə məxsus hər şeyi ilə birgə yola çıxdı. Beer-Şevaya gəlib atası İshaqın Allahına qurbanlar kəsdi.


Çöldə dolaşarkən bir nəfər ona rast gəldi. Bu adam «Nə axtarırsan?» deyə ondan soruşdu.


İshaq bu quyunun adını Şiva qoydu, buna görə də şəhərin adı bu günə qədər Beer-Şevadır.


Özü və onunla birgə olan adamlar yeyib-içdilər və orada gecələdilər. Səhər qalxanda nökər dedi: «Məni ağamın yanına göndərin».


Sonra İbrahim öz nökərlərinin yanına qayıtdı və onlar qalxıb Beer-Şevaya getdilər. İbrahim Beer-Şevada sakin oldu.


İbrahim səhər tezdən qalxdı və eşşəyini palanladı. Özü ilə iki nökərini və oğlu İshaqı götürdü. O, yandırma qurbanı üçün odun yardı və qalxıb Allahın dediyi yerə yollandı.


İbrahim Beer-Şevada bir yulğun ağacı əkdi və orada əbədi Allah olan Rəbbin adını çağırdı.


İbrahim səhər erkən qalxıb Rəbbin önündə durduğu yerə getdi.


Amma cariyənin oğlundan da bir millət törədəcəyəm, çünki o da sənin nəslindir».


Tuluqda su qurtardı. O, oğlunu bir kolun altına qoydu.


Yurdundan ayrı düşən insan Bir quş kimi yuvasından ayrı düşür.


Yaqub səhər tezdən qalxdı. O, başının altına qoyduğu daşı götürüb sütun kimi qoydu və üstünə zeytun yağı tökdü.


Yeşua səhər erkən qalxdı. Onunla birgə bütün İsrail övladları Şittimdən irəliləyərək İordan çayına qədər gəldilər. Onlar çayı keçməzdən əvvəl orada qaldılar.


O, Şaulla səhər görüşmək üçün erkən durdu, amma ona belə xəbər verdilər: «Şaul Karmelə getdi və özünə abidə qoyandan sonra geri qayıdıb irəlidəki Qilqala endi».


Padşah Xizqiya səhər tezdən durdu və şəhərin rəislərini toplayıb Rəbbin məbədinə qalxdı.


跟着我们:

广告


广告