Biblia Todo Logo
在线圣经

- 广告 -




Yaradılış 20:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 İbrahim Mamredən Negev torpağına köçdü və Qadeşlə Şur arasında məskən saldı. Sonra bir müddət Gerarda qaldı.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

1 İbrahim Mamredən Negev torpağına köçdü və Qadeşlə Şur arasında məskən saldı. Sonra bir müddət Gerarda qaldı.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

1 Ибраһим Мамредән Неҝев торпағына көчдү вә Гадешлә Шур арасында мәскән салды. Сонра бир мүддәт Ҝерарда галды.

参见章节 复制




Yaradılış 20:1
23 交叉引用  

İshaq da Gerarda yaşadı.


İbrahimin yaşadığı dövrdə olan aclıqdan başqa, ölkədə daha bir aclıq oldu. İshaq Gerara, Filiştlilərin padşahı Avimelekin yanına getdi.


Mamre palıdının yanında Rəbb İbrahimə göründü; bu zaman o, günün istisində çadırın girəcəyində oturmuşdu.


Şaul Xaviladan Misirin şərqindəki Şura çatana qədər Amaleqliləri qırdı.


Çünki Zin səhrasında, Meriva-Qadeş sularında, İsrail övladlarının önündə Məni müqəddəs saymamaqla İsrail övladları arasında Mənə xəyanət etdiniz.


Sonra biz Xorevdən köçdük. Allahımız Rəbbin bizə əmr etdiyi kimi gördüyünüz böyük və qorxunc səhranı keçərək Emorluların dağlıq bölgəsinə tərəf köçüb Qadeş-Barneaya çatdıq.


Rəbbə fəryad etdik, O da səsimizi eşitdi və bir mələk göndərdi, bizi Misirdən çıxardı. İndi biz sənin sərhədinə yaxın bir şəhər olan Qadeşdəyik.


Paran səhrasındakı Qadeşə, Musa ilə Harunun və bütün İsrail övladlarının icmasının yanına gəldilər. Onlara və bütün icmaya xəbər gətirdilər, sonra ölkənin meyvələrini onlara göstərdilər.


O zaman Avimelek məsləhətçisi Axuzzat, ordu başçısı Pikol ilə birgə Gerardan İshaqın yaşadığı torpağa gəldi.


Gerar çobanları «su bizimdir» deyib İshaqın çobanları ilə mübahisə etdilər. O, quyunun adını Eseq qoydu, çünki onun üstündə mübahisə etmişdilər.


İshaq Beer-Laxay-Roi yolu ilə gəldi, çünki o, Negev torpağında yaşayırdı.


İbram arvadı və sahib olduğu bütün şeylərlə birgə Misirdən çıxıb Negev torpağına getdi. Lut da onunla idi.


Kənanlıların ərazisi Sidondan Gerara tərəf Qəzzəyə qədər, Sodoma, Homorraya, Admaya, Sevoyimə tərəf Leşaya qədər uzanırdı.


Buna görə də həmin bulaq Beer-Laxay-Roi adlanır. O, Qadeşlə Beredin arasında yerləşir.


Rəbbin mələyi Şur yolundakı çöldə olan bulağın yanında onu tapdı.


İbramın arvadı Sarayın uşağı olmurdu. Onun Həcər adında Misirli bir qarabaşı var idi.


Sonra geri qayıdıb En-Mişpata, yəni Qadeşə getdilər. Bütün Amaleq torpağının əhalisini və Xaseson-Tamarda yaşayan Emorluları qırdılar.


İbram tədricən cənuba doğru hərəkət edirdi.


İsmailin nəsilləri Xaviladan Şura qədər olan ərazidə məskən saldı. Şur Aşşura gedərkən Misirin qarşısındadır. Onlar qardaşlarının yaşadığı yerin qarşısında yerləşmişdi.


Musa İsrail xalqını Qırmızı dənizin sahilindən gedən yola gətirdi. Onlar Şur səhrasına çıxıb orada üç gün yol getdilər, amma su tapmadılar.


İbrahim Filiştlilərin ölkəsində uzun müddət qaldı.


跟着我们:

广告


广告