Biblia Todo Logo
在线圣经

- 广告 -




Yaradılış 2:7 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

7 Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı varlıq oldu.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

7 Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı varlıq oldu.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

7 Рәбб Аллаһ јерин торпағындан инсаны дүэәлтди вә онун бурнуна һәјат нәфәси үфүрдү. Беләҹә инсан ҹанлы варлыг олду.

参见章节 复制




Yaradılış 2:7
33 交叉引用  

Necə ki yazılıb: ilk insan Adəm «canlı bir varlıq oldu». Sonuncu Adəm isə həyat verən ruh oldu.


Məni Allahın Ruhu yaratdı, Külli-İxtiyarın nəfəsi mənə həyat verdi.


Torpaq gəldiyi yerə qayıtmamış, Həyat nəfəsi isə onu verən Allaha dönməmiş Səni Yaradanı xatırla».


Yenə də, ya Rəbb, Sənsən Atamız: Biz gilik, Sən isə dulusçu, Biz hamımız Sənin əlinin işiyik.


İnsan əli ilə edilən xidmətə Onun ehtiyacı yoxdur, çünki hər kəsə həyat, nəfəs və hər şeyi verən Odur!


İlk insan yerin torpağından, ikinci İnsan göydən yarandı.


Alın tərinlə çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, Çünki oradan götürülmüsən, Ona görə ki yerin torpağısan, Torpağa da qayıdacaqsan».


Nə qədər canımda can, Burnumda Allahın nəfəsi varsa,


Quruda yaşayan, burnunda həyat nəfəsi olan canlı varlıqların hamısı öldü.


Bu xəbərdarlıq İsrail barədə nazil olan Rəbbin sözüdür: göyləri yayan, yerin təməlini qoyan, insanın içindəki ruha şəkil verən Rəbb belə bəyan edir:


Amma, ey insan, sən kimsən ki, Allahla mübahisəyə girişirsən? Məgər düzəldilən bir şey onu düzəldənə «Məni niyə bu cür yaratdın?» deyə bilər?


Nəfəsi burunda olan insandan əl çəkin, Onun nə dəyəri var ki?


Rəbb Allah insanı Eden bağından çıxartdı ki, o özünün də bir qismindən götürüldüyü torpağı becərsin.


Həm də əgər bizi tərbiyələndirən cismani atalarımıza hörmət ediriksə, ruhani Ataya daha çox tabe olaraq yaşamalı deyilikmi?


Onlar üzüstə yerə sərildilər: «Ey Allah, bütün bəşərə ruh verən Allah! Bir adamın günahına görə bütün icmayamı qəzəblənirsən?»


İnsanın ruhu Rəbbin çırağıdır, Daxilinin dərin yerlərini araşdırar.


Mən də Allahın nəzərində sənin kimiyəm, Mən də palçıqdan düzəldilmişəm.


Bilirik ki, sığındığımız bu dünyəvi çadır dağılarsa, göylərdə Allahın bizə verdiyi binamız, əllə tikilməyən əbədi bir evimiz var.


Üstün qüvvənin bizdən yaranmadığı, Allaha aid olduğu bilinsin deyə bu xəzinəni saxsı qablarda saxlayırıq.


Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: «Müqəddəs Ruhu alın!


Palçıq evlərdə yaşayanlara, Mayası torpaqdan olanlara, Güvədən də tez əzilənlərə O güvənərmi?


Rəbb – bütün bəşər ruhlarının Allahı, icma üzərinə bir adam nəsib etsin,


Yırtmağın öz vaxtı, tikməyin öz vaxtı. Susmağın öz vaxtı, danışmağın öz vaxtı.


Çünki ilk yaradılan Adəm oldu, sonra Həvva.


Amma yerdən su çıxırdı və bütün torpağı sulayırdı.


Rəbbin məsh etdiyi, həyatımızın nəfəsi Onların xəndəklərində yaxalandı, Halbuki deyirdik: «Onun kölgəsində Millətlərin içində yaşayacağıq».


Xudavənd Rəbb bu sümüklərə belə deyir: “Mən sizin daxilinizə ruh qoyacağam və siz diriləcəksiniz.


Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı.


Üstünüzə vətərlər qoyacaq, ət bitirəcək, sizi dəri ilə örtəcəyəm, daxilinizə ruh qoyacağam və siz diriləcəksiniz. Onda biləcəksiniz ki, Rəbb Mənəm”».


跟着我们:

广告


广告