Biblia Todo Logo
在线圣经

- 广告 -




Yaradılış 12:8 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

8 Buradan Bet-Elin şərqində yerləşən dağlıq yerə tərəf yola düşdü və burada çadır qurdu. Çadırdan qərbdə Bet-El, şərqdə isə Ay şəhəri idi. İbram orada da Rəbbə bir qurbangah qurdu və Rəbbə sitayiş etdi.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

8 Buradan Bet-Elin şərqində yerləşən dağlıq yerə tərəf yola düşdü və burada çadır qurdu. Çadırdan qərbdə Bet-El, şərqdə isə Ay şəhəri idi. İbram orada da Rəbbə bir qurbangah qurdu və Rəbbə sitayiş etdi.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

8 Бурадан Бет-Елин шәргиндә јерләшән дағлыг јерә тәрәф јола дүшдү вә бурада чадыр гурду. Чадырдан гәрбдә Бет-Ел, шәргдә исә Ај шәһәри иди. Ибрам орада да Рәббә бир гурбанҝаһ гурду вә Рәббә ситајиш етди.

参见章节 复制




Yaradılış 12:8
33 交叉引用  

Binyamin övladları Gevadan başlayaraq Mikmas ilə Ayyada, Bet-El ilə qəsəbələrində,


Şetin də bir oğlu oldu və adını Enoş qoydu. O zaman insanlar Rəbbin adını çağırmağa başladı.


İbrahim Beer-Şevada bir yulğun ağacı əkdi və orada əbədi Allah olan Rəbbin adını çağırdı.


Allahın Korinfdə olan imanlılar cəmiyyətinə salam! Siz Məsih İsada təqdis olunmusunuz. Rəbbimiz İsa Məsihin adını hər yerdə çağıran hamı ilə birlikdə müqəddəs olmağa çağırılmısınız. O həm onların, həm də bizim Rəbbimizdir.


O yerin adını Bet-El qoydu, ancaq əvvəlcə şəhərin adı Luz idi.


İbram o vaxt düzəltdiyi qurbangahın yanına çatdı və orada Rəbbin adını çağırdı.


Rəbbin adını çağıran hər kəs xilas olacaq”.


Amma Rəbbin adını çağıran hər kəs xilas olacaq, Çünki Rəbbin dediyi kimi Sion dağında və Yerusəlimdə qurtuluş olacaq, Rəbbin çağırdığı sağ qalanlar arasında olacaq.


Ayat şəhərini alıb Miqrondan keçdilər, Mikmasda yüklərini boşaltdılar.


Bet-Arava, Semarayim, Bet-El,


Ay və Bet-El şəhərlərində bir nəfər də qalmadı ki, İsraillilərin ardınca getməsin. Onlar şəhəri açıq qoyaraq İsrailliləri təqib etdilər.


Yeşua ilə bütün döyüşçülər Ay şəhərinə getmək üçün qalxdılar. Yeşua otuz min igid adam seçib onları gecə ikən oraya göndərəndə belə əmr etdi:


Yeşua Yerixodan Bet-Elin şərqində, Bet-Avenin yanında olan Ay şəhərinə adamlar göndərib onlara dedi: «Gedin, ölkəni gözdən keçirin». Adamlar çıxıb Ay şəhərini gözdən keçirdilər.


Qalxıb Bet-Elə gedək. Dərdli günümdə mənə cavab verən və getdiyim yolda mənimlə olan Allaha orada bir qurbangah düzəldəcəyəm».


İman vasitəsilə vəd edilmiş ölkədə bir qərib kimi məskunlaşdı. O eyni vədin həmvarisləri olan İshaq və Yaqubla birlikdə çadırlarda yaşadı.


Nuh Rəbbə bir qurbangah düzəltdi. O hər cür pak heyvandan və pak quşdan götürüb orada yandırma qurbanı təqdim etdi.


Negevdən çıxıb bir yerdən o biri yerə keçərək Bet-Elə qədər – Bet-Ellə Ay şəhəri arasında əvvəllər çadır qurduğu yerə getdi.


İbram çadırını götürdü və gəlib Xevronda olan Mamre palıdının yanında məskən saldı. O burada Rəbbə bir qurbangah düzəltdi.


Sonra Allahın İbrahimə göstərdiyi yerə gəldilər. İbrahim orada bir qurbangah düzəldib odunları düzdü və oğlu İshaqın əl-qolunu bağlayıb qurbangaha, odunların üstünə qoydu.


İshaq orada bir qurbangah düzəltdi və Rəbbə sitayiş etdi. O özünə çadır qurdu. İshaqın qulları orada bir quyu qazdılar.


Beləliklə, Yeşua onları göndərdi. Onlar pusquda durdular və Bet-El ilə Ay şəhəri arasında, Ay şəhərinin qərb tərəfində gözlədilər. Yeşua gecəni camaatın arasında keçirdi.


Yeşua beş minə qədər adam götürdü, onları Bet-El ilə Ay şəhəri arasında, şəhərin qərb tərəfində pusquya qoydu.


Bet-Eldə, Negevdəki Ramotda və Yattirdə,


Lavan Yaquba çatdı. Yaqub dağda çadır qurmuşdu. Lavan qohumları ilə birgə Gilead dağında çadır qurdu.


Yaqub orada bir qurbangah qurub adını El-Elohe-İsrail qoydu.


Burada bir qurbangah düzəldib o yerin adını El-Bet-El qoydu, çünki qardaşının əlindən qaçanda Allah Özünü orada Yaquba zahir etmişdi.


Musa bir qurbangah düzəldərək adını Yahve-Nissi qoyub


O zaman Yeşua Eval dağında İsrailin Allahı Rəbbə bir qurbangah qurdu.


Onlar Kənan torpağında olan İordan çayının yanındakı Gelilota çatdılar. Orada – İordan çayının yanında Ruven övladları, Qad övladları və Menaşşe qəbiləsinin yarısı bir qurbangah – möhtəşəm görünüşlü qurbangah qurdular.


Gideon orada Rəbbə bir qurbangah düzəltdi və onun adını Yahve-Şalom qoydu. Bu qurbangah bu günə qədər Aviezerlilərin Ofra şəhərindədir.


跟着我们:

广告


广告