Biblia Todo Logo
在线圣经

- 广告 -




Yaradılış 10:22 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

22 Samın oğulları: Elam, Aşşur, Arpakşad, Lud və Aram.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

22 Samın oğulları: Elam, Aşşur, Arpakşad, Lud və Aram.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

22 Самын оғуллары: Елам, Ашшур, Арпакшад, Луд вә Арам.

参见章节 复制




Yaradılış 10:22
19 交叉引用  

Mən aralarında bir əlamət qoyacağam. Onlardan qaçıb-qurtulanları Mən millətlərə – Tarşişə, Pula, mahir oxatanların vətəni Luda, Tuvala, Yavana, şöhrətimi eşitməyən, əzəmətimi görməyən uzaq diyarlara göndərəcəyəm. Onlar Mənim əzəmətimi bu millətlər arasında bəyan edəcək.


Biz Parfiyalılar, Midiyalılar, Elamlılar, Mesopotamiyada, Yəhudeyada, Kappadokiyada, Pontda və Asiya vilayətində,


bütün Zimri, Elam və Midiya padşahları,


Elamlılar oxdanlarını tutub adamlarla dolu döyüş arabaları ilə, süvariləri ilə gəldilər. Kir sakinləri qalxanlarını açdılar.


Dəhşətli görüntü mənə nazil oldu: Xain xainlik edir, viranəçi viran edir. Ey Elam, qalx! Ey Midiya, Babili mühasirəyə al! Babilin bais olduğu bütün fəryadlara son qoyacağam.


O gün Xudavənd Aşşurdan, Misirdən, Patrosdan, Kuşdan, Elamdan, Şinardan, Xamatdan və uzaq diyarlardan Xalqının sağ qalanlarını qurtarmaq üçün İkinci dəfə əlini uzadacaq.


O, sözünü qurtarmamış başqa nökər gəlib dedi: «Xaldeylilərdən üç qoşun hücum edərək dəvələrini apardı və nökərləri qılıncdan keçirtdi. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim».


Aşşur padşahı Pul ölkəyə hücum etdi. Menaxem ona min talant gümüş verdi ki, padşahlığını möhkəmləndirmək üçün Pul onunla müttəfiq olsun.


Bilam gələcəkdən xəbər verib dedi: «Balaq məni Aramdan, Moav padşahı məni şərq dağlarından gətirdi, “Gəl, mənim xeyrimə görə Yaquba lənət oxu, Gəl İsrailə qarğış et” dedi.


Yenə dedi: «Samın Allahı Rəbbə alqış olsun, Kənan ona qul olsun.


Qenan oğlu Arpakşad oğlu Sam oğlu Nuh oğlu Lemek oğlu


Everin bütün oğullarının əcdadı və Yafəsin böyük qardaşı olan Samın da oğulları oldu.


Samın nəsil tarixçəsi belədir: daşqından iki il sonra Sam yüz yaşında olanda oğlu Arpakşad doğuldu.


Amma, ey Qenlilər, Aşşurlular sizi əsir alanda Yanıb yox olacaqsınız».


Elam oradadır və bütün xalqı öz məzarlarının ətrafında uzanıb. Onların hamısı qılıncdan keçirilmiş, ölmüş və sünnətsiz halda yerin dərinliklərinə enmişdir. Dirilər arasına qorxu salmışdılar, indi isə xəcalət içində qəbirə enənlərə qoşuldular.


Görüntüdə özümü Elam vilayətinin Şuşan qalasında gördüm. Həmin görüntüdə mən Ulay kanalının kənarında dayanmışdım.


跟着我们:

广告


广告