3 Allah dedi: «Qoy işıq olsun». İşıq oldu.
3 Аллаһ деди: «Гој ишыг олсун». Ишыг олду.
Çünki «zülmətdən işıq parlayacaq» deyən Allah ürəyimizə nur saçdı ki, İsa Məsihin üzündən saçan Öz ehtişamını tanımağımızdan doğan nuru biz versin.
Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi.
Nuru, qaranlığı, sülhü, fəlakəti yaradan Mənəm, Bütün bunları edən Rəbb Mənəm.
Artıq gündüz günəş sənin işığın olmayacaq, Gecə ay sənə aydınlıq verməyəcək. Çünki Rəbb əbədi nurun, Allahın sənin şöhrətin olacaq.
Məsihdən eşitdiyimiz və sizə elan etdiyimiz xəbər budur: Allah nurdur və Onda zərrə qədər də qaranlıq yoxdur.
Siz də bir zamanlar zülmət idiniz, indi isə Rəbdə nursunuz. Ona görə də nur övladları kimi həyat sürün.
Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı.
Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi.
Yenə də sizə yeni bir əmr yazıram; bunun həqiqi olduğu Məsihdə və sizdə görünür. Çünki qaranlıq keçir və həqiqi nur artıq parlayır.
bu cür nə aşkara çıxırsa, özü də nur olur. Buna görə belə deyilir: «Ey yatan, oyan və ölülər arasından diril! Məsih sənin üzərinə nur saçacaq».
İşıq məskəninə gedən yol haradadır? Qaranlığın yeri haradadır?
Yeganə ölməzliyə malik olan, əlçatmaz nurda yaşayan Odur. Onu insanlardan heç kəs görməyib və görə də bilməz. Ona izzət və əbədi qüdrət olsun. Amin.
Baxın, ətrafında şimşəkləri çaxdırır, Dənizin dərinliklərini doldurur.
Bu sözləri söylədikdən sonra «Lazar, bayıra çıx!» deyə bərkdən qışqırdı.
İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan pak oldu.
Rəbb Allahın göyləri və yeri yaratmasının hekayəti belədir: Rəbb Allah göyləri və yeri yaradanda