Biblia Todo Logo
在线圣经

- 广告 -




VAİZ 3:22 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

22 Gördüm ki, insanın etdiyi işdən zövq almasından yaxşı şey yoxdur, çünki onun payına düşən budur. Kim onu bir də geri qaytaracaq ki, özündən sonra nə olacağını görsün?

参见章节 复制

Azərbaycan Bibliyası 2008

22 Gördüm ki, insanın etdiyi işdən zövq almasından yaxşı şey yoxdur, çünki onun payına düşən budur. Kim onu bir də geri qaytaracaq ki, özündən sonra nə olacağını görsün?

参见章节 复制

МУГӘДДӘС КИТАБ

22 Ҝөрдүм ки, инсанын етдији ишдән эөвг алмасындан јахшы шеј јохдур, чүнки онун пајына дүшән будур. Ким ону бир дә ҝери гајтараҹаг ки, өэүндән сонра нә олаҹағыны ҝөрсүн?

参见章节 复制




VAİZ 3:22
24 交叉引用  

İnsan üçün yeyib-içməkdən və gördüyü işdən zövq almaqdan yaxşı şey yoxdur. Ancaq mən gördüm ki, bunu da verən Allahdır.


Ağılsız adam çox söz danışar. Heç kəs nə olacağını bilməz. Bəs kim ona özündən sonra Nə olacağını deyə bilər?


Çünki kim bilir ki, nə olacaq? Bəs kim ona deyə bilər ki, necə olacaq?


Görəsən kim bilir ki, kölgə kimi keçən qısa puç həyatda insan üçün yaxşı şey nədir? Kim insana deyə bilər ki, özündən sonra səma altında nə baş verəcək?


Ey gənc, cavanlığında sevin, Qoy ürəyin səni cavanlıq günlərində sevindirsin. Ürəyinin istədiyi ilə, Gözlərinin gördüyü ilə get. Ancaq bil ki, Allah Bunların hamısına görə Səni mühakimə edəcək.


Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir!


Sən isə öz aqibətinə qədər yaşa, çünki ölüb rahat olacaqsan və axirət günü dirilib qismətini alacaqsan».


Həmçinin insan öz vaxtını bilmir. Balıqlar amansız bir tora, Quşlar tələyə düşdüyü kimi İnsanlar da pis bir zəmanəyə düçar olur, Onda pis zəmanə qəfildən başlarının üstünü alır.


Beləcə mən kef çəkməyi üstün saydım, çünki səma altında insan üçün yeyib-içməkdən və kef çəkməkdən yaxşı şey yoxdur. Çünki səma altında Allahın insana ömrü boyu çəkdirdiyi zəhmətdən ona ancaq bu qalır.


Övladları şərəflənəndə də onun xəbəri olmaz, Düşkün hala düşəndə də heç nəyi başa düşməz.


Madam ki bolluq vaxtında Allahınız Rəbbə sevinclə və xoşluqla itaət etmədiniz,


Siz, oğullarınız, qızlarınız, qul və qarabaşlarınız, şəhərlərinizdə yaşayan Levililər bunları Allahınız Rəbbin hüzurunda, Onun seçəcəyi yerdə yeyəcəksiniz. Allahınız Rəbbin hüzurunda hansı işə əl atsanız, sevinc tapacaqsınız.


Orada sizə bərəkət verən Allahınız Rəbbin önündə ailələrinizlə birlikdə yemək yeyəcəksiniz. Onda hansı işə əl atacaqsınızsa, sevinc tapacaqsınız.


Mən səma altında çəkdiyim bütün zəhmətlərə nifrət etdim. Çünki onun da səmərəsini məndən sonra gələn adama verməliyəm.


Yaxşı gündə şad-xürrəm ol, Pis gündə isə bunu anla: Hər cür günü Allah təyin edib ki, İnsan özündən sonra nə olacağını bilməsin.


Ölülərin sevgisi, nifrəti, Paxıllığı artıq məhv olub. Səma altında görülən işlərdə Daha payları olmayacaq.


跟着我们:

广告


广告