Biblia Todo Logo
在线圣经

- 广告 -




VAİZ 12:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Pis günlər gəlməzdən qabaq, “Onlardan zövq almıram” deyəcəyin illər Yaxınlaşmazdan əvvəl, Cavanlıq günlərində Səni Yaradanı xatırla.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

1 Pis günlər gəlməzdən qabaq, “Onlardan zövq almıram” deyəcəyin illər Yaxınlaşmazdan əvvəl, Cavanlıq günlərində Səni Yaradanı xatırla.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

1 Пис ҝүнләр ҝәлмәэдән габаг, “Онлардан эөвг алмырам” дејәҹәјин илләр Јахынлашмаэдан әввәл, Ҹаванлыг ҝүнләриндә Сәни Јараданы хатырла.

参见章节 复制




VAİZ 12:1
40 交叉引用  

Yaxşı olar ki, insan Boyunduruğunu gənc yaşından daşısın.


Əgər insan uzun ömür sürürsə, Qoy sevinclə yaşasın. Ancaq qaranlıq günlərinin də olduğunu unutmasın, Çünki onlar daha çox olacaq. Baş verəcək hər şey puçdur.


Uşağa tərbiyə ver ki, layiqli yol tutsun, O qocalanda da bu yoldan dönməz.


Amma İsa uşaqları yanına çağırıb dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur.


Müqəddəs Yazıları uşaqlıqdan bilirsən. Onlar Məsih İsaya olan iman vasitəsilə sənə xilas gətirən hikmət verməyə qadirdir.


Buna görə də təşvişi ürəyindən qov, Əzabı bədənindən uzaqlaşdır. Çünki cavanlıq da, Cavanlıqdakı güc də puçdur.


Məni sevənləri sevirəm, Məni səylə axtaran tapır.


Mənim bu gün səksən yaşım var, yaxşını pisdən ayıra bilirəmmi? Bu qulun heç yediyinin, içdiyinin dadını bilirmi? Kişi və qadın xanəndələrinin səsini eşidə bilərəmmi? Belə isə, nə üçün bu qulun ağam padşaha artıq yük olsun?


Kiçik Şamuel isə getdikcə böyüyür, Rəbbin və insanların gözündə hörmət qazanırdı.


Rəbb Yusiflə idi və o, işlərində uğur qazanırdı. Yusif Misirli ağasının evində qalırdı.


Çünki o, Rəbbin gözündə böyük olacaq. O, şərab və başqa kefləndirici içki içməyəcək; hələ ana bətnində olarkən Müqəddəs Ruhla dolu olacaq.


Lakin Rəbb Şamuelə belə dedi: «Onun görünüşünə və uca boyuna baxma, Mən onu rədd etmişəm. Ona görə ki Rəbb insanın gördüyü kimi görməz, çünki insan zahirə, Rəbb isə ürəyə baxar».


Zindanın baş nəzarətçisi Yusifin ixtiyarında olan heç nəyə nəzarət etmirdi, çünki Rəbb Yusiflə idi və etdiyi hər işdə ona uğur verirdi.


Ey atalar, siz də övladlarınızı qəzəbləndirməyin, ancaq onları Rəbbin tərbiyə və öyüdü ilə böyüdün.


Allah bu dörd gəncə hər cür ədəbiyyatı və elmi öyrənmək üçün bilik və dərrakə verdi. Daniel isə hər cür görüntüləri və yuxuları yozmağı bacarırdı.


Həqiqətən, ya Rəbb, Sənin hökmlərinin yolunda biz Sənə ümid bağlayırıq, Sənin adın, ismin ürəyimizin istəyidir.


Kiçik Şamuel isə əyninə kətan efod geyərək Rəbbin önündə xidmət edirdi.


Sənin yanından getdiyim vaxt Rəbbin Ruhu səni bilmədiyim bir yerə aparacaq. Mən də gedib Axava bildirəndə o səni tapmayacaq və məni öldürəcək. Ancaq bu qulun cavanlığından bəri Rəbdən qorxur.


Mən onu Rəbbə əhd etmişdim və ömrü boyu Rəbbə həsr olunmalıdır». Sonra uşaq orada Rəbbə səcdə etdi.


Onun gücünü özgələr yedi, O isə bilmir, Saçına dən düşüb, O isə bilmir.


Çünki taqətdən düşmüşdülər, Biləklərinin gücü getmişdi, Heç biri işimə yaramırdı.


Bütün İsraillilər yas tutub onu basdıracaq. Amma Yarovam nəslindən yalnız o, qəbirə gedəcək, çünki İsrailin Allahı Rəbb Yarovamın nəslindən yalnız onda yaxşı bir şey tapmışdır.


Unutmayın ki, bu sərvəti qazanmaq qabiliyyətini sizə verən Allahınız Rəbdir. O bunu edir ki, bugünkü kimi atalarınıza vəd verərək sizinlə kəsdiyi əhdi yerinə yetirsin.


Bu vəziyyəti görəndə mən qalxıb əyanlara, hökumət məmurlarına və xalqın qalan hissəsinə belə dedim: «Onlardan qorxmayın! Böyük və zəhmli Xudavəndi xatırlayın! Siz soydaşlarınız, oğullarınız, qızlarınız, arvadlarınız və evləriniz uğrunda vuruşacaqsınız».


Yeddi ya səkkiz adama pay ver, Çünki bilmirsən ki, Ölkədə necə bir pis gün olacaq.


Bu qulun ancaq padşahla İordan çayını keçib bir az yol getmək istəyir. Axı niyə görə padşah mənə belə mükafat versin?


跟着我们:

广告


广告