Biblia Todo Logo
在线圣经

- 广告 -




SÜLEYMANIN MƏSƏLLƏRİ 3:6 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

6 Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər.

参见章节 复制

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

6 Бүтүн јолларында Ону таны, О сәнин јолларыны дүэәлдәр.

参见章节 复制




SÜLEYMANIN MƏSƏLLƏRİ 3:6
27 交叉引用  

Görəcəyin işləri Rəbbə ver, Onda niyyətlərin yerinə yetər.


Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin.


İnsan ürəyində özü üçün yol qurar, Amma Rəbbin verdiyi istiqamətlə addımlar.


Ya Rəbb, bilirəm ki, İnsanın ömrü öz əlində deyil. Addımlarını düzəltmək Gedən adamın işi deyil.


Əgər sizlərdən birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək.


Sağa ya sola azdığınız vaxt Arxanızdan «Yol budur, gedin bu yolla» Deyilən səsi eşidəcəksiniz.


Səni Satınalan, Rəbb, İsrailin Müqəddəsi belə deyir: «Allahın Rəbb Mənəm, Mən sənin xeyrinə səni öyrədirəm, Getdiyin lazım olan yolla səni aparıram.


Gördüyünüz hər işi insanlar üçün deyil, Rəbb üçün edən kimi can-dildən edin.


Dediyiniz və etdiyiniz hər şeyi Rəbb İsanın adı ilə edin, Onun vasitəsilə Ata Allaha şükür edin.


Ürəyin günahkarlara qibtə etməsin, Ancaq bütün gün Rəbb qorxusu ilə yaşa.


Beləliklə, nə yeyirsinizsə, nə içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin.


Sən də, oğlum Süleyman, atanın Allahını tanı, səmimi qəlbdən və həvəslə Ona qulluq et, çünki Rəbb bütün ürəkləri sınayır və ağılların bütün istəklərini bilir. Əgər Onu axtarsan, sən Onu tapacaqsan. Əgər Onu tərk etsən, O da səni əbədi olaraq atacaq.


Davud Rəbbə müraciət edərək dedi: «Bu basqınçıların arxasınca düşsəm, onlara çatarammı?» Rəbb ona dedi: «Ardlarınca düş, mütləq onlara çatacaqsan və mütləq əsirləri qurtaracaqsan».


Mən Kiri ədalətlə hərəkət etməyə vadar etdim. Yollarını dürüst edəcəyəm. O, şəhərimi tikəcək, Sürgün olunmuş adamlarımı Fidyəsiz, bəxşişsiz azad edəcək». Bunu Ordular Rəbbi deyir.


Ya Xudavənd, yalvarıram, bu qulunun duasına və Sənin adına ehtiram etməkdən zövq alan qullarının duasına diqqətlə qulaq as! Yalvarıram, bu gün qulunun işini uğurlu et, qoy padşahın gözündə lütf tapsın». Mən o vaxt padşahın saqisi idim.


Padşah isə mənə dedi: «Sən məndən nə diləyirsən?» Mən göylərin Allahına dua edərək padşaha dedim:


Atalarımızın Allahı Rəbbə alqış olsun ki, padşahın qəlbində Rəbbin Yerusəlimdə olan məbədinə belə hörmət göstərmək istəyini yaratdı.


Titin ürəyində sizin üçün eyni cəhdi oyadan Allaha şükür olsun!


Bəzən bulud məskənin üzərində bir neçə gün görünərdi; onlar Rəbbin əmrinə görə düşərgə saldıqları yerdə qalar, yenə Rəbbin əmrinə görə yola düşərdilər.


Allahım ürəyimə fikir göndərdi ki, əyanları, hökumət məmurlarını və habelə xalqı yığıb siyahıya alım. Mən ilk qayıdanların nəsil şəcərələrinin siyahısını əldə edib, içində belə bir yazı tapdım:


Kamil insanın yolunu salehliyi düz edər, Şər adamı pisliyi yıxar.


Qoy hara gedəcəyimizi, nə edəcəyimizi Allahın Rəbb bizə bildirsin».


Saleh adamın yolu düzdür. Ey Düz Olan, saleh adamın yolunu Sən düz edirsən.


跟着我们:

广告


广告