Biblia Todo Logo
在线圣经

- 广告 -




SÜLEYMANIN MƏSƏLLƏRİ 29:23 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

23 İnsanı təkəbbürü alçaldar, İtaətkar şərəfə çatar.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

23 İnsanı təkəbbürü alçaldar, İtaətkar şərəfə çatar.

参见章节 复制

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

23 İnsanı təkəbbürü alçaldar, İtaətkar şərəfə çatar.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

23 Инсаны тәкәббүрү алчалдар, Итаәткар шәрәфә чатар.

参见章节 复制




SÜLEYMANIN MƏSƏLLƏRİ 29:23
28 交叉引用  

Kim özünü yüksəldərsə, aşağı tutulacaq və kim özünü aşağı tutarsa, yüksəldiləcək.


Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək».


Lovğalıq gələndə şərəfsizlik gətirər, Hikmət itaətkarın yanına gələr.


Çünki bütün bunları Mənim əlim yaratdı, Hər şey beləcə əmələ gəldi» Rəbb bəyan edir. «Ancaq Mən özünü aşağı tutan və ruhu əzilmiş insana, Sözümün önündə titrəyənə nəzər salaram.


Eyni ilə, siz də, ey gənclər, ağsaqqallara tabe olun. Hamınız bir-birinizə itaətkarlıq göstərin. Çünki «Allah məğrurlara qarşıdır, itaətkarlara isə lütf göstərər».


Rəbb qorxusu hikmət tərbiyəsi verər, İtaətkarlıq şərəfdən əvvəl gələr.


Əcəldən əvvəl təkəbbür gələr, Fəlakətdən əvvəl lovğalıq ruhu gələr.


Sizə deyirəm ki, o farisey yox, vergiyığan evinə saleh sayılaraq getdi. Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək».


Ürəyin təkəbbürü əcəldən əvvəl gələr, İtaətkarlıq şərəfdən əvvəl gələr.


Beləliklə, kim bu uşaq kimi özünü aşağı tutarsa, Səmavi Padşahlıqda ən böyük odur.


Uca və əzəmətli, Əbədi yaşayan, adı müqəddəs Olan Belə deyir: «Mən yüksək və müqəddəs yerdə yaşadığım halda Ruhu əzilənlərlə, özünü aşağı tutanlarla birlikdəyəm ki, Özünü aşağı tutanların ruhunu dirildim, Əzilmişlərin ürəyini dirçəldim.


Sizi atalarınıza məlum olmayan manna ilə qidalandırdı. Xoş güzəranınız olsun deyə təkəbbürünüzü qıraraq sizi sınaqdan keçirdi.


Qürurluların hamısına baxıb aşağı endir, Pisləri yerindəcə təpiyinin altına sal.


«Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır.


İnsanlar səni alçaldanda “Baş ucalığına görədir” deyərsən, Çünki Allah itaətkarları xilas edər.


O anda Rəbbin bir mələyi Hirodu vurdu. Çünki izzəti Allaha vermədi. Onu daxildən qurdlar yedi və canı çıxdı.


Məzlumlar arasında sadə qəlbli olmaq Təkəbbürlülərlə talan malı bölüşdürməkdən yaxşıdır.


İtaətsizliyi sevən münaqişəni sevər, Qapısını ucaldan əcəlini səslər.


İtaətkarlığın və Rəbb qorxusunun nəticəsi Sərvət, şərəf, həyatdır.


Ey sən qaya çatlarında məskən salan, Evini yüksəklərdə quran! Ürəyinin qüruru səni aldatdı, Çünki sən qəlbində “Məni kim yerə yıxa bilər?” dedin.


跟着我们:

广告


广告