Biblia Todo Logo
在线圣经

- 广告 -




SEFANYA 1:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Rəbb bəyan edir: «O gün Yerusəlimdə Balıqlar darvazasından fəğan səsi, İkinci Məhəllədən fəryadlar, Təpələrdən isə böyük gurultu eşidiləcək».

参见章节 复制

Azərbaycan Bibliyası 2008

10 Rəbb bəyan edir: «O gün Yerusəlimdə Balıqlar darvazasından fəğan səsi, İkinci Məhəllədən fəryadlar, Təpələrdən isə böyük gurultu eşidiləcək».

参见章节 复制

МУГӘДДӘС КИТАБ

10 Рәбб бәјан едир: «О ҝүн Јерусәлимдә Балыглар дарваэасындан фәған сәси, Икинҹи Мәһәлләдән фәрјадлар, Тәпәләрдән исә бөјүк ҝурулту ешидиләҹәк».

参见章节 复制




SEFANYA 1:10
18 交叉引用  

Bundan sonra o, vadidə olan Gixonun qərb tərəfindən Balıqlar darvazasının girəcək yerinə qədər Davudun şəhərinə bayır tərəfdən bir divar tikdi, onunla Ofeli əhatəyə aldı və onu çox yüksəltdi. Yəhudanın bütün qalalı şəhərlərinə qoşun başçıları qoydu.


Həmin gün saray nəğmələri fəryada çevriləcək. Meyit meyit üstə düşəcək, hər tərəfə atılacaq. Sonra sükut olacaq”. Xudavənd Rəbb belə bəyan edir.


Kahin Xilqiya, Axiqam, Akbor, Şafan və Asaya qadın peyğəmbər Xuldanın yanına getdilər. O, paltarlara baxan Harhas oğlu Tiqva oğlu Şallumun arvadı idi və Yerusəlimdə ikinci məhəllədə yaşayırdı. Onunla söhbət etdilər.


Balıqlar darvazasını Hassenaa oğulları tikdi. Onlar tirləri yerinə qoydular, qapı taylarını, rəzələrini və cəftələrini yerinə taxdılar.


O gün qəzəb günüdür: Hər tərəfi Əziyyət və məşəqqətin, Viran və talanın, Qaranlıq və zülmətin, Qara buludların bürüdüyü gündür!


Susun Xudavənd Rəbbin qarşısında, Çünki Onun günü yaxınlaşır, Rəbb qurban hazırlayıb, qonaqlarını dəvət edib.


Sidqiyanın padşahlığının on birinci ilində, dördüncü ayın doqquzuncu günü şəhər divarında dəlik açıldı.


Mən bir səs eşidirəm: Sanki doğuş ağrısı çəkən, Birinci dəfə doğan qadının – Əllərini uzatmış, Nəfəsi kəsilmiş Sion qızının səsidir. O deyir: “Vay halıma! Qatillərin önündə Canım taqətdən düşdü”.


Hamımız ayı kimi nərildəyirik, Göyərçin tək inildəyirik. Ədalət gözləyirik, lakin heç bir şey yoxdur. Qurtuluş gözləyirik, amma bizdən uzaqdır.


Beləcə Rəbb Xizqiyanı və Yerusəlimdə yaşayanları Aşşur padşahı Sanxerivin və bütün başqalarının əlindən qurtardı və onları hər tərəfdən qorudu.


Süleyman Yerusəlimdə atası Davuda Rəbbin göründüyü Moriya dağında, Yevuslu Ornanın xırmanında Davudun hazırladığı yerdə Rəbbin məbədini tikməyə başladı.


Davud qalada məskən saldı və qalanı Davudun şəhəri adlandırdı. Sonra ətrafda, qala yamacından içəriyə doğru olan sahəni tikdi.


Buna baxmayaraq Davud indi «Davudun şəhəri» adlanan Sion qalasını aldı.


Xilqiya və padşahın adamları qadın peyğəmbər Xuldanın yanına getdilər. O, paltarlara baxan Xasra oğlu Toqhat oğlu Şallumun arvadı idi və Yerusəlimdə ikinci məhəllədə yaşayırdı. Onunla bu barədə söhbət etdilər.


Efrayim darvazasının üstündən Köhnə darvaza, Balıqlar darvazası, Xananel qülləsi, Yüz qülləsi və Qoyun darvazasına qədər gedib Mühafizəçilər darvazasında dayandıq.


Öz bütləri arasında, qurbangahların ətrafında, hər yüksək təpədə, hər dağın zirvəsində, hər kölgəli ağac altında, sıx yarpaqlı hər palıd ağacı altında, bütün bütlərinə ətirli buxur təqdim etdikləri yerlərdə onların həlak olanları yerə səriləcək. Onda biləcəksiniz ki, Rəbb Mənəm.


跟着我们:

广告


广告