Biblia Todo Logo
在线圣经

- 广告 -




SAYLAR 32:23 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

23 Lakin əgər belə etməsəniz, budur, Rəbbə qarşı günah etmiş olursunuz və bilin ki, günahınıza görə cəza alacaqsınız.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

23 Lakin əgər belə etməsəniz, budur, Rəbbə qarşı günah etmiş olursunuz və bilin ki, günahınıza görə cəza alacaqsınız.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

23 Лакин әҝәр белә етмәсәниэ, будур, Рәббә гаршы ҝүнаһ етмиш олурсунуэ вә билин ки, ҝүнаһыныэа ҝөрә ҹәэа алаҹагсыныэ.

参见章节 复制




SAYLAR 32:23
21 交叉引用  

Çünki Önündə üsyankarlığımız böyükdür, Günahlarımız bizə qarşı şəhadət edir. Üsyankarlığımız bizi dövrəyə alıb, Şər əməllərimizdən xəbərdarıq.


Günahkarı şər qovar, Salehin yaxşı bir əvəzi var.


Yəhuda dedi: «Ağama nə deyim, nə söyləyim? Özümüzü necə təmizə çıxara bilərik? Allah öz qullarında təqsir gördü. İndi biz də, yanında kasa tapılan adam da ağamızın quluyuq».


Buna görə də münasib vaxtdan əvvəl, yəni Rəbb gəlməyənədək heç bir işi mühakimə etməyin. O gəlib qaranlıqda gizlənən şeylərə işıq salacaq və insan ürəklərinin niyyətlərini aşkara çıxaracaq. Onda hər kəs Allahdan ona düşən tərifi alacaq.


Əgər yaxşı iş görürsənsə, Mən qəbul etmərəmmi? Əgər yaxşı iş görmürsənsə, günah qapının ağzında durub. Onun meyli sənədir, ancaq sən ona üstün gəlməlisən».


Pislik edən hər kəsə – əvvəlcə Yəhudiyə, sonra da Yunana əziyyət və sıxıntı,


Pis adamların vay halına! Çünki onlara pislik olunacaq, Elədikləri əməlləri qarşılarına çıxacaq.


Sodomun əhalisi çox pozğun idi və Rəbbə qarşı çoxlu günah edirdi.


Zavdi ailəsini kişilərinə görə irəli çıxardı və Yəhuda qəbiləsindən Zerah oğlu Zavdi oğlu Karmi oğlu Akan göstərildi.


Şər insan öz təqsirlərinə görə tutular, Günahının kəməndinə dolanar.


Gəmiçilər bir-birlərinə dedi: «Gəlin püşk ataq, görək kimə görə bu bəla başımıza gəldi?» Püşk atdılar və püşk Yunusa düşdü.


Mən məsh edilmiş bir padşah olduğum halda bu gün nə qədər acizəm. Bu adamlar – Seruyanın oğulları məndən çox güclüdür. Qoy Rəbb pislik edənə əvəzini versin!»


Rəbb onun qanını öz başına döndərəcək, çünki o özündən daha saleh və daha yaxşı olan iki nəfəri qılıncla vurdu: atam Davudun xəbəri olmadan İsrail ordusunun başçısı Ner oğlu Avnerlə Yəhuda ordusunun başçısı Yeter oğlu Amasanı öldürdü.


Beləcə onların qanı həmişəlik Yoavın və onun nəslinin üstündə qalacaq, amma Rəbb Davuda, onun nəslinə, evinə və taxtına əbədi əmin-amanlıq verəcək».


Saleh yeddi dəfə yıxılsa belə, yenə qalxar, Şər insan büdrəsə, bəlaya düçar olar.


跟着我们:

广告


广告