Biblia Todo Logo
在线圣经

- 广告 -




SAYLAR 27:21 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

21 O, hökm almaq üçün kahin Eleazarın qarşısında duracaq. Eleazar isə Urim vasitəsilə Rəbdən soruşmalıdır. Yeşua ilə bütün İsraillilər icması Eleazarın əmri ilə döyüşə gedib-gəlsinlər».

参见章节 复制

Azərbaycan Bibliyası 2008

21 O, hökm almaq üçün kahin Eleazarın qarşısında duracaq. Eleazar isə Urim vasitəsilə Rəbdən soruşmalıdır. Yeşua ilə bütün İsraillilər icması Eleazarın əmri ilə döyüşə gedib-gəlsinlər».

参见章节 复制

МУГӘДДӘС КИТАБ

21 О, һөкм алмаг үчүн каһин Елеаэарын гаршысында дураҹаг. Елеаэар исә Урим васитәсилә Рәбдән сорушмалыдыр. Јешуа илә бүтүн Исраиллиләр иҹмасы Елеаэарын әмри илә дөјүшә ҝедиб-ҝәлсинләр».

参见章节 复制




SAYLAR 27:21
23 交叉引用  

O, Rəbbə müraciət etdi. Amma Rəbb ona nə yuxu, nə Urim, nə də peyğəmbərlər vasitəsilə cavab verdi.


İsraillilər onların ərzaqlarını götürdülər və onlara inandılar, ancaq Rəbdən məsləhət almadılar.


Urim və Tummimi də hökm döşlüyünə qoy ki, Rəbbin hüzuruna daxil olduğu zaman onlar da ürəyinin üstündə olsun. Beləcə Harun İsrail övladlarının hökmünü Rəbbin hüzurunda daima ürəyinin üstündə daşıyacaq.


Yəhudi valisi onlara əmr edib belə dedi: «Urim və Tummimi işlədən bir kahin olmayınca onlar ən müqəddəs yeməklərdən yeməsin».


Yəhuda valisi onlara əmr edib belə dedi: «Urim və Tummimi işlədən bir kahin olmayınca onlar ən müqəddəs yeməklərdən yeməsin».


O, Aximelekin oğlu kahin Evyatara dedi: «Rica edirəm, efodu mənim üçün buraya gətir». Evyatar da efodu Davudun yanına gətirdi.


Şaulun ona pislik etmək istədiyini Davud bilirdi. O, kahin Evyatara dedi: «Efodu bura gətir».


İsrail övladları Bet-Elə çıxıb Rəbbin önündə axşama qədər ağladılar və Rəbbə müraciət edib dedilər: «Soydaşımız olan Binyamin övladları ilə yenə döyüşə girişəkmi?» Rəbb onlara dedi: «Onların qarşısına çıxın».


İsrail övladları Bet-Elə çıxdılar və Allaha müraciət edib dedilər: «Binyamin övladlarına qarşı biz tərəfdən əvvəlcə kim döyüşə çıxacaq?» Rəbb dedi: «Əvvəlcə Yəhuda qəbiləsi çıxacaq».


Yeşuanın ölümündən sonra İsrail övladları Rəbdən soruşdu: «Bizim üçün Kənanlılara qarşı döyüşə birinci kim çıxacaq?»


Levi üçün belə dedi: «Ya Rəbb, Tummimin və Urimin Sənin sadiq qulun üçündür. Onu Massada sınaqdan keçirdin, Onunla Meriva sularında mübahisə etdin.


o da onların önündə girib-çıxsın, onların önündə döyüşə gedib-gəlsin. Qoy Rəbbin icması çobansız sürü kimi olmasın.


Efodun üstündən döşlüyünü, döşlüyündə isə Urim və Tummimi yerləşdirdi.


Musa onların işini Rəbbin önünə qoydu.


Ona öz səlahiyyətindən ver ki, bütün İsrail icması ona itaət etsin.


Musa Rəbbin ona əmr etdiyi kimi etdi: Yeşuanı götürüb kahin Eleazarın və bütün icmasının önündə dayandırdı.


Şaul kahinə bunu deyərkən Filiştlilərin ordugahından gurultu getdikcə çoxalırdı və Şaul kahinə «Əl saxla!» dedi.


Davudun dövründə üç il dalbadal qıtlıq oldu. Davud buna görə Rəbbə müraciət edəndə Rəbb dedi ki, bu qıtlıq Şaula və onun qan tökən nəslinə görədir. Çünki o, Giveonluları öldürmüşdü.


Kahinin ağzı biliyi qorumalı, insanlar onun dilində nəsihət axtarmalıdır. Çünki o, Ordular Rəbbinin elçisidir.


Onlar Musanın, kahin Eleazarın və rəhbərlərlə bütün icmanın önündə, Hüzur çadırının girişində durub dedilər:


Oranı keçəndə başınızın üstündə Allahınız Rəbb gedəcək və O, millətləri qarşınızdan yox edəcək, siz də onların torpaqlarını irs olaraq alacaqsınız. Rəbbin sözünə görə Yeşua sizə rəhbərlik edəcək.


跟着我们:

广告


广告