Biblia Todo Logo
在线圣经

- 广告 -




SAYLAR 24:20 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

20 Bilam Amaleqliləri görəndə gələcəkdən xəbər verib belə dedi: «Amaleq millətlərin birincisi idi, Ancaq axırda məhv olacaq».

参见章节 复制

Azərbaycan Bibliyası 2008

20 Bilam Amaleqliləri görəndə gələcəkdən xəbər verib belə dedi: «Amaleq millətlərin birincisi idi, Ancaq axırda məhv olacaq».

参见章节 复制

МУГӘДДӘС КИТАБ

20 Билам Амалеглиләри ҝөрәндә ҝәләҹәкдән хәбәр вериб белә деди: «Амалег милләтләрин биринҹиси иди, Анҹаг ахырда мәһв олаҹаг».

参见章节 复制




SAYLAR 24:20
18 交叉引用  

Rəbb Musaya dedi: «Bunu xatirə olaraq kitaba yaz, Yeşuanın qulağına çatdır ki, Mən Amaleqin adını büsbütün yer üzərindən siləcəyəm».


Padşah belə edilməsini əmr etdi. Şuşanda fərman elan edildi. Hamanın on oğlu asıldı.


Bir müddət keçəndən sonra padşah Axaşveroş Aqaqlı Hammedata oğlu Hamanı şərəfləndirib rütbəsini qaldırdı. Ona yanındakı bütün rəislərdən üstün mövqe verdi.


Onlar sağ qalan Amaleqli qaçanları qırdılar. Onlar bu günə qədər də orada yaşayır.


Davud gün batandan ertəsi günün axşamınadək onları qırdı. Dəvələrə minib qaçan dörd yüz nəfər gəncdən başqa heç kim canını qurtara bilmədi.


Davudla adamları üçüncü gün Ziqlaqa çatdılar. Elə bu zaman Amaleqlilər Negevə və Ziqlaqa hücum edərək Ziqlaq şəhərinə od vurub yandırmışdılar.


O şücaət göstərərək Amaleqliləri məğlub etdi və İsraili talan edənlərin əlindən qurtardı.


İsraillilər əkin əkəndə Midyanlılar, Amaleqlilər və şərq xalqları gəlib İsrailə hücum edirdi.


dedi: «Rəbbin taxtına doğru əl uzadılırdı. O, nəsildən-nəslə Amaleqlilərə qarşı döyüşəcək».


Bundan sonra Amaleqlilər gəlib Refidimdə İsrail övladları ilə döyüşdülər.


Timna Esavın oğlu Elifazın cariyəsi idi. O, Elifaza Amaleqi doğdu. Esavın arvadı Adanın nəvələri bunlardır.


Satıllarından sular axacaq, Toxumları bol su ilə sulanacaq, Padşahları Aqaqdan böyük olacaq, Padşahlıqları ucalacaq.


Yaqubun nəslindən olan o adam Səltənət sürəcək, Şəhərdə sağ qalanları məhv edəcək”».


Kittim sahillərindən gəmilər gələcək, Aşşur ilə Everi ram edəcək, Amma onlar da məhv olacaq».


Ordular Rəbbi belə deyir: “İsraillilər Misirdən çıxan zaman yolda Amaleqlilər onlara qarşı müqavimət göstərdilər. Ona görə də onları cəzalandıracağam.


跟着我们:

广告


广告