Biblia Todo Logo
在线圣经

- 广告 -




ROMALILARA 12:11 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

11 Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

11 Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin.

参见章节 复制

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

11 Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

11 Сәјиниэ аэалмасын, руһунуэ аловлу олсун. Рәббә гуллуг един.

参见章节 复制




ROMALILARA 12:11
33 交叉引用  

Rəbb yolunda da təhsil almışdı. O, ruhda alışıb-yanaraq danışır və yalnız Yəhyanın vəftizindən xəbəri olduğu halda İsa ilə bağlı həqiqətləri doğru öyrədirdi.


Hər şeydən əvvəl, bir-birinizi can-dildən sevin, çünki «məhəbbət çox günahı örtər».


Tənbəl arzuladığına çatmaz, Çalışqan bolluğa qovuşar.


Buna görə sarsılmaz Padşahlığa nail olduğumuz üçün minnətdar olaq; belə ki möminlik və ehtiramla Allaha məqbul tərzdə Ona ibadət edək.


Oğurluq edən artıq oğurluq etməsin, əksinə, zəhmət çəkib öz əlləri ilə yaxşı əməl etsin ki, ehtiyacı olanlarla bölüşdürməyə bir şeyi olsun.


Həqiqətə itaət edərək ürəklərinizi saflaşdırıb riyasız qardaşlıq məhəbbətinə sahib oldunuz. Buna görə bir-birinizi var gücünüzlə səmimi qəlbdən sevin.


Yəhudilərin qəsd-qərəzi vasitəsilə sınaqlardan keçərkən Rəbbə tam itaətkarlıqla, göz yaşı içində qulluq edirdim.


Qanunsuzluq çoxaldığı üçün bir çoxunun məhəbbəti soyuyacaq.


Dişlərə sirkə, gözlərə tüstü necə təsir edirsə, Tənbələ iş buyuran bunu elə hiss edər.


İşində mahir olanı görürsənmi? Sıravi adamların deyil, şahların hüzurunda dayanar.


Ləng işləyən dağıdıcıya yoldaşdır.


O isə dedi: «Tənbəlsiniz, tənbəl, buna görə də “gedək, Rəbbə qurban gətirək” deyirsiniz.


Eyni zamanda evdən evə gəzərək tənbəlliyə öyrənərlər. Yalnız tənbəllik deyil, lazım olmayan sözlər danışaraq qeybət edərlər, başqalarının işlərinə burunlarını soxarlar.


Xalqımın bütün gözətçiləri kordur, cahildir! Onların hamısı hürə bilməyən lal itlərdir, Yuxu görürlər, uzanırlar, Yatmağı sevirlər!


Amma səndən bir şikayətim var: əvvəlki məhəbbətindən əl çəkmisən.


Ey ağalar, bilin ki, göydə sizin də Ağanız var. Ona görə qullarınızla ədalətli və insaflı olun.


Çünki Rəbdə çağırış alan vaxt qul artıq Rəbbin azad insanıdır. Eləcə də çağırış alan vaxt azad insan Məsihin quludur.


Ağası isə cavab verib ona dedi: “Pis və tənbəl qul! Mənim əkmədiyim yerdən biçdiyimi və səpmədiyim yerdən yığdığımı bilirdinmi?


Çalışmaq üçün nə bacarırsan, var gücünlə et. Çünki gedəcəyin ölülər diyarında nə iş, nə fikir, nə bilik, nə də hikmət var.


Beləliklə, günahlarınızı bir-birinizə etiraf edin və bir-biriniz üçün dua edin ki, sağalasınız. Saleh adamın duası çox güclü və təsirlidir.


Alaqaranlıqda yuxudan durur, Ailəsinə yemək hazırlayır, Kənizlərinə də paylayır.


跟着我们:

广告


广告