Biblia Todo Logo
在线圣经

- 广告 -




ROMALILARA 11:33 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

33 Allahın zənginliyi nə böyük, Hikməti və biliyi nə dərindir! Onun hökmləri necə də ağlasığmaz, Yolları necə də anlaşılmazdır!

参见章节 复制

Azərbaycan Bibliyası 2008

33 Allahın zənginliyi nə böyük, Hikməti və biliyi nə dərindir! Onun hökmləri necə də ağlasığmaz, Yolları necə də anlaşılmazdır!

参见章节 复制

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

33 Allahın zənginliyi nə böyük, Hikməti və biliyi nə dərindir! Onun hökmləri necə də ağlasığmaz, Yolları necə də anlaşılmazdır!

参见章节 复制

МУГӘДДӘС КИТАБ

33 Аллаһын эәнҝинлији нә бөјүк, Һикмәти вә билији нә дәриндир! Онун һөкмләри неҹә дә ағласығмаэ, Јоллары неҹә дә анлашылмаэдыр!

参见章节 复制




ROMALILARA 11:33
38 交叉引用  

Çünki O, dərk etmədiyimiz böyük işləri görür, Saysız xariqələr göstərir.


Yaxud sən Allahın zəngin xeyirxahlığına, həlimliyinə və səbirli olmağına xor baxırsan? Bəs anlamırsan ki, Onun xeyirxahlığı səni tövbəyə yönəldir?


Biz Külli-İxtiyarı tapa bilmərik, Qüvvəti möhtəşəmdir. Salehliyi misilsizdir, ədalətlidir, Heç haqsızlıq etmir.


Belə ki Allahın çoxcəhətli hikməti indi imanlılar cəmiyyəti vasitəsilə səmadakı başçılara və hakimlərə bildirilsin.


Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti də insanların ürəyinə qoydu. Hərçənd ki insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz.


Tam hikmət və dərrakə ilə bizə bol-bol göstərdiyi Öz zəngin lütfünə görə biz Oğlunda, Onun qanı vasitəsilə satınalınmaya – təqsirlərimizin bağışlanmasına malikik.


Allah millətlər arasında bu sirrin izzətinin necə zəngin olduğunu müqəddəslərə bildirmək istədi. Bu sirr sizdə olan Məsihdir. O sizə izzətə qovuşmaq ümidini verir.


Məgər O bunu etdi ki, qabaqcadan izzət üçün hazırladığı mərhəmət tapan qablara izzətinin necə zəngin olduğunu bildirsin?


Bunlar yalnız Onun etdiklərinin bir zərrəsidir, Ondan eşitdiyimiz çox zəif bir pıçıltıdır. Axı qüdrətli gurultusunu kim dərk edə bilər?»


Bunu Məsih İsada bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyini gələcək dövrlərdə də göstərmək üçün etdi.


Dünyada yaşayanların hamısı heç bir şey sayılır. O həm səma ordusunun, həm də dünyada yaşayanların arasında Öz hökmünü yeridir. Onun əlini saxlayacaq yaxud Ona “Nə edirsən?” deyəcək bir kəs yoxdur.


Odur dərk etmədiyimizdən də böyük işlər görən, Saysız xariqələr göstərən.


O, izzətinin zənginliyinə görə Öz Ruhu vasitəsilə sizi daxili varlığınızda qüvvə ilə möhkəmləndirsin


Bütün müqəddəslərdən ən dəyərsiziyəm. Lakin Allah mənə bu lütfü verdi ki, Məsihin ağlasığmaz zənginliyi ilə bağlı Müjdəni millətlərə yayım


Göyün yüksəkliyini, yerin dərinliyini, Padşahın da qəlbindən keçənləri bilmək olmaz.


belə ki bütün müqəddəslərlə birlikdə Məsihin məhəbbətinin nə qədər geniş, uzun, uca və dərin olduğunu başa düşməyə,


Ona nə deyəcəyimizi bizə öyrət, Çünki cəhalətimiz üzündən sözlərimiz nizamsızdır.


İnsanın heç bir sözünə cavab vermir deyə Niyə Onunla çəkişirsən?


Allahın sirrinəmi qulaq asmısan? Təkcə özünümü müdrik sayırsan?


Allahın işlərinin müəmması Onu şərəfləndirər, Bu işləri aşkar etmək padşahlara şərəf gətirər.


Hikmət deyilən şey Çox uzaqda, çox dərindədir. Onu kim tapa bilər?


Onda Allahın bütün işlərini gördüm. Bildim ki, kimsə səma altında edilən işləri anlaya bilməz, nə qədər səy göstərsə də, yenə də bunu anlaya bilməz. Bir hikmətli adam bunu bildiyini iddia etsə də, yenə dərk edə bilməz.


Bu hikmət Ordular Rəbbindən gəlir. Onun məsləhəti ecazkardır, hikməti böyükdür.


Məgər sən bilmirsən? Məgər eşitməmisən? Rəbb əbədi Allahdır, Odur bütün dünyanı yaradan. Nə yorulur, nə taqətdən düşür, Onun ağlı dərkedilməzdir.


Bizə isə Allah bunları Öz Ruhu ilə açdı. Çünki Ruh hər bir şeyi, Allahın dərin düşüncələrini belə, araşdırır.


Bu işdən xəbər tutan Mordokay bunu mələkə Esterə bildirdi. Ester də Mordokayın adından bunu padşaha xəbər verdi.


Amma bunları qəlbində gizlətdin. Mən isə bilirəm, fikrində bu şeylər var:


Mənimlə bağlı qərarını yerinə yetirəcək, Belə fikirləri çoxdur.


跟着我们:

广告


广告