Biblia Todo Logo
在线圣经

- 广告 -




QALATİYALILARA 3:27 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

27 Çünki vəftizdə Məsihlə birləşən hamınız Məsihə bürünmüsünüz.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

27 Çünki vəftizdə Məsihlə birləşən hamınız Məsihə bürünmüsünüz.

参见章节 复制

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

27 Çünki vəftizdə Məsihlə birləşən hamınız Məsihə bürünmüsünüz.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

27 Чүнки вәфтиэдә Мәсиһлә бирләшән һамыныэ Мәсиһә бүрүнмүсүнүэ.

参见章节 复制




QALATİYALILARA 3:27
20 交叉引用  

Əksinə, Rəbb İsa Məsihə bürünün və cismani təbiətinizin ehtiraslarına uymaq fikrində olmayın.


çünki istər Yəhudi, istər Yunan, istər qul yaxud azad, hamımız bir bədən olmaq üçün bir Ruhla vəftiz olunmuşuq və hamımız eyni Ruhdan içirilmişik.


Bu nümunəyə uyğun olaraq vəftiz indi sizə İsa Məsihin dirilməsi ilə xilas gətirir. Vəftiz cismani çirki yumaqdan ötrü deyil, təmiz vicdanla Allah qarşısında söz vermək üçündür.


yeni mənliyə büründünüz. Yeni mənliyiniz onu Yaradanın surətinə bənzər şəkildə təzələnir ki, biliyiniz tam olsun.


əsl salehlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənliyə bürünün.


Peter onlara cavab verdi: «Tövbə edin, hamınız İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq və bəxşiş olaraq Müqəddəs Ruhu alacaqsınız.


Allahdan gələn bu salehlik İsa Məsihə iman vasitəsilə Ona iman gətirənlərin hamısına verilir. Heç kəsə fərq qoyulmur.


Lidiya ev əhli ilə bərabər vəftiz olunduqdan sonra bizi evinə dəvət edib dedi: «Əgər siz məni Rəbbə sadiq bir insan kimi qəbul edirsinizsə, gəlin, mənim evimdə qalın». O bizi buna razı etdi.


Rəbdə böyük sevinc tapacağam, Allahımda ürəyim şadlıqdan coşacaq, Çünki çələnglə bəzənmiş bəy kimi, Bər-bəzək taxmış gəlin kimi Mənə qurtuluş paltarı geyindirdi, Salehlik libası ilə bürüdü.


Libas kimi salehliyi geyinmişdim, Sanki ədalətim mənə cübbə və tac idi.


Çünki Ruh hələ onların heç birinin üzərinə enməmişdi, sadəcə olaraq Rəbb İsanın adı ilə vəftiz olmuşdular.


O andaca Şaulun gözlərindən sanki pulcuqlar töküldü və Şaul təkrar görməyə başladı. O qalxdı və vəftiz oldu.


Atası isə öz qullarına dedi: “Tez olun, ən gözəl xalat gətirin və onu geyindirin. Barmağına üzük və ayaqlarına çarıq taxın.


Hamısı Musanın ardınca getmək üçün buludda və dənizdə vəftiz edildi.


跟着我们:

广告


广告