Biblia Todo Logo
在线圣经

- 广告 -




NƏĞMƏLƏR NƏĞMƏSİ 5:15 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

15 Qıçları saf qızıl ayaqlıqlar üstündə dayanan Mərmər sütunlara oxşar. Görkəmi Livanın dağları kimidir, Nadir sidr ağacları kimidir.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

15 Qıçları saf qızıl ayaqlıqlar üstündə dayanan Mərmər sütunlara oxşar. Görkəmi Livanın dağları kimidir, Nadir sidr ağacları kimidir.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

15 Гычлары саф гыэыл ајаглыглар үстүндә дајанан Мәрмәр сүтунлара охшар. Ҝөркәми Ливанын дағлары кимидир, Надир сидр ағаҹлары кимидир.

参见章节 复制




NƏĞMƏLƏR NƏĞMƏSİ 5:15
19 交叉引用  

Livanda olan sidr ağacından tutmuş divarda bitən züfa otuna qədər bitkilər barədə bəhs etdi, həmçinin heyvanlar, quşlar, həşəratlar və balıqlar haqqında danışdı.


Şübhəsiz ki, möminliyin sirri böyükdür: O, cismən zühur etdi, Ruh tərəfindən təsdiq olundu, Mələklərə göründü, Millətlərə vəz olundu, Dünyada Ona iman edildi, İzzətlə göyə çəkildi.


Mənə həyat yolunu öyrədirsən, Hüzurunda mənə doyunca sevinc verirsən”.


Onun görünüşü şimşək kimi, paltarı isə qar kimi ağ idi.


Onların qarşısında görünüşü dəyişdi. Üzü günəş kimi parladı və libası işıq kimi ağ oldu.


Necə yaraşıqlı, necə gözəl olacaqlar! Oğlanlar taxılla, Qızlar təzə şərabla gücə gələcək.


Adamlar yenə də kölgəsi altında oturub Buğda kimi cücərəcək, Meynə kimi tumurcuqlayacaq, Şöhrəti Livan şərabı kimi olacaq.


Boynun fil dişi qülləsi kimi gözəldir. Gözlərin Bat-Rabbim darvazası yanındakı Xeşbon hovuzuna bənzəyir. Burnun Dəməşqə baxan Livan qülləsi kimi gözəldir.


Ay gəlin, dodaqlarından şanı balı axır, Bal və süd sənin dilinin altındadır. Paltarlarından Livanın ətri gəlir.


Ey gözəl göyərçinim, Sanki sal qayalarda, sıldırımlarda gizlənmisən. Qoy üzünü görüm, səsini eşidim, Çünki şirin səsli, gözəl surətlisən.


Qadın gedib ərinə belə dedi: «Mənim yanıma bir Allah adamı gəlmişdi. O, Allahın mələyi görkəmində çox zəhmli idi. Buna görə də onun haradan gəldiyini soruşmadım. Mənə adını da bildirmədi.


və onların altına qoyulacaq qırx gümüş altlıq düzəlt; hər çərçivənin altında iki zivanası üçün iki altlıq olsun.


Onu İsrailin uca dağına əkəcəyəm. O, qol-budaq atıb meyvə verəcək, Möhtəşəm bir sidr ağacı olacaq. Hər cür quş onun altına sığınacaq, Budaqlarının kölgəsində yuva quracaq.


Allahın bağçasındakı sidr ağacları da Boyda ona çatmazdı, Şam ağacları boyda onun budaqlarına yetməzdi, Çinar ağacları onun şaxələri kimi deyildi, Allahın bağçasındakı ağaclardan heç biri Onun kimi gözəl deyildi.


Yerusəlimin başçıları qardan da təmiz idi, Süddən də bəyaz idi, Vücudları qıpqırmızı yaqut kimi idi, Zahirən göy yaquta bənzəyirdi.


跟着我们:

广告


广告