Biblia Todo Logo
在线圣经

- 广告 -




NEHEMYA 6:18 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

18 Toviya Arah oğlu Şekanyanın kürəkəni olduğuna görə Yəhudada çox adam onunla əhd bağlamışdı. Həm də Toviyanın oğlu Yehoxanan Berekya oğlu Meşullamın qızını almışdı.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

18 Toviya Arah oğlu Şekanyanın kürəkəni olduğuna görə Yəhudada çox adam onunla əhd bağlamışdı. Həm də Toviyanın oğlu Yehoxanan Berekya oğlu Meşullamın qızını almışdı.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

18 Товија Араһ оғлу Шеканјанын күрәкәни олдуғуна ҝөрә Јәһудада чох адам онунла әһд бағламышды. Һәм дә Товијанын оғлу Јеһоханан Берекја оғлу Мешулламын гыэыны алмышды.

参见章节 复制




NEHEMYA 6:18
7 交叉引用  

Arah övladları – 775 nəfər;


Arah övladları – 652 nəfər;


Ondan sonra Şelemya oğlu Xananya və Salafın altıncı oğlu Xanun bir sahəni bərpa etdi. Xananya və Xanundan sonra Berekya oğlu Meşullam öz evinin qarşısını bərpa etdi.


Onların yanında isə Haqqos oğlu Uriya oğlu Meremot bərpa işləri gördü. Meremotun yanında Meşezavel oğlu Berekya oğlu Meşullam bərpa işləri gördü. Onların yanında da Baana oğlu Sadoq bərpa etdi.


Xananyanın nəsilləri: Pelatya, Yeşaya, Refayanın oğulları, Arnanın oğulları, Avdiyanın oğulları, Şekanyanın oğulları.


Həm də o günlər Yəhudanın əyanları Toviyaya çoxlu namə göndərirdi və Toviyadan da onlara cavablar gəlirdi.


Əyanlar onun yaxşı işləri haqqında mənim yanımda danışardılar və mənim sözlərimi ona çatdırardılar. Toviya məni qorxutmaq üçün namələr göndərirdi.


跟着我们:

广告


广告