Biblia Todo Logo
在线圣经

- 广告 -




NEHEMYA 2:14 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

14 Sonra Çeşmə darvazasına və Padşah hovuzuna tərəf getdim, lakin mindiyim heyvan o yerlərdən keçə bilmirdi.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

14 Sonra Çeşmə darvazasına və Padşah hovuzuna tərəf getdim, lakin mindiyim heyvan o yerlərdən keçə bilmirdi.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

14 Сонра Чешмә дарваэасына вә Падшаһ һовуэуна тәрәф ҝетдим, лакин миндијим һејван о јерләрдән кечә билмирди.

参见章节 复制




NEHEMYA 2:14
7 交叉引用  

Çeşmə darvazasını Mispa əyalətinin rəisi Qal-Xoze oğlu Şallun bərpa edərək oranı təzədən tikib üstünü örtdü və qapı taylarını, rəzələrini, cəftələrini yerinə vurdu. O, Padşah bağçasının yanında Şelah hovuzunun divarını da Davudun şəhərindən enən pilləkənə qədər bərpa etdi.


Xizqiyanın qalan işləri, onun bütün hünəri, hovuz və su kəməri düzəldib suyu necə şəhərə gətirməsi barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.


Həmin Xizqiya Gixon sularının yuxarı mənbəyini bağladı və onları yer altından qərbə doğru, Davudun şəhərinə keçirdi. Xizqiya bütün işlərində uğur qazandı.


Aşşur padşahı öz ordu başçısını, baş məmuru və baş vəzirini böyük qoşunla Lakişdən Yerusəlimə, padşah Xizqiyanın yanına göndərdi. Onlar çıxıb Yerusəlimə gəldilər və Mahudbasan tarlası yoluna, yuxarı hovuzun su kəmərinin yanına qalxıb orada dayandılar.


Çeşmə darvazası yanında və onların qarşısında divar yoxuşunda Davudun şəhərinin pilləkənləri ilə çıxıb Davudun sarayının üst tərəfindən şərqə doğru Su darvazasına qədə getdilər.


Özümə su hovuzları düzəltdim ki, meşədə bitən ağacları suvarsın.


Şallundan sonra Bet-Sur əyalətinin yarı hissə rəisi Azbuq oğlu Nehemya divarı Davudun qəbrinin qarşısına, hovuza və əsgər qışlasına qədər tikdi.


跟着我们:

广告


广告