Biblia Todo Logo
在线圣经

- 广告 -




NEHEMYA 2:13 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

13 Gecə Dərə darvazasından çıxıb Əjdaha quyusuna və Peyin darvazasına doğru getdim, Yerusəlimin dağıdılan divarına və yandırılan darvazalarına nəzər saldım.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

13 Gecə Dərə darvazasından çıxıb Əjdaha quyusuna və Peyin darvazasına doğru getdim, Yerusəlimin dağıdılan divarına və yandırılan darvazalarına nəzər saldım.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

13 Ҝеҹә Дәрә дарваэасындан чыхыб Әждаһа гујусуна вә Пејин дарваэасына доғру ҝетдим, Јерусәлимин дағыдылан диварына вә јандырылан дарваэаларына нәэәр салдым.

参见章节 复制




NEHEMYA 2:13
9 交叉引用  

Mənə belə dedilər: «Əsirlikdən qurtulub qayıdanlar orada – vilayətdə böyük məşəqqət və xəcalət içində yaşayır. Yerusəlimin divarı dağıdılıb, darvazaları isə yandırılmışdır».


Mən onlara dedim: «Düşdüyümüz bu pis vəziyyəti görürsünüz; Yerusəlim xarabalığa çevrilmiş, darvazalarına isə od vurulmuşdur. Gəlin Yerusəlimin divarını bərpa edək ki, bir daha rüsvayçılıq içərisində qalmayaq».


Sonra padşaha dedim: «Padşah həmişə sağ olsun! Atalarımın dəfn edildiyi yer, şəhərimiz xaraba qalıb, darvazaları yandırılıb. Bəs mən necə kədərlənməyim?»


Uzziya Yerusəlimdə Künc və Dərə darvazaları, divarın küncü üzərində möhkəm qüllələr düzəltdi.


Onda mən Yəhuda rəislərini divarın üstünə çıxartdım və şükür ilahiləri oxuyan iki böyük dəstə təyin etdim. Onlardan biri divarın üstü ilə sağ tərəfdən Peyin darvazasına doğru gedirdi.


Həmin gecə vadi boyunca çıxaraq divarı gözdən keçirtdim. Sonra dönüb Dərə darvazasından girərək geri qayıtdım.


Onların bağlarını dolaşıb dağıdın, Amma büsbütün məhv etməyin. Meynə budaqlarını qoparıb atın, Çünki onlar Rəbbə məxsus olmayan insanlardır».


Gecə ikən qalxıb özümlə bir neçə adam götürdüm. Yerusəlim üçün nə etmək barəsində Allahımın ürəyimə göndərdiyi fikirləri heç kəsə açmadım. Mindiyimdən başqa heç bir heyvan götürmədim.


跟着我们:

广告


广告