Biblia Todo Logo
在线圣经

- 广告 -




NAHUM 2:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Nineva viran oldu, dağıldı, xaraba qaldı! Sakinlərinin ürəyi əsir, dizləri taqətdən düşür. Hamının bədənləri titrəyir, üzləri solur!

参见章节 复制

Azərbaycan Bibliyası 2008

10 Nineva viran oldu, dağıldı, xaraba qaldı! Sakinlərinin ürəyi əsir, dizləri taqətdən düşür. Hamının bədənləri titrəyir, üzləri solur!

参见章节 复制

МУГӘДДӘС КИТАБ

10 Нинева виран олду, дағылды, хараба галды! Сакинләринин үрәји әсир, диэләри тагәтдән дүшүр. Һамынын бәдәнләри титрәјир, үэләри солур!

参见章节 复制




NAHUM 2:10
24 交叉引用  

Onların qarşısında xalqlar sanki ağrı çəkir, Bütün üzlər solur.


Onda padşahın bənizi soldu və düşüncələri onu vahiməyə saldı. Belinin əzələləri zəiflədi və dizləri bir-birinə dəyməyə başladı.


İndi soruşun, bilin ki, Kişi də uşaq doğarmı? Elə isə nə üçün doğan qadın kimi Hər kişinin əllərini belində görürəm? Nə üçün hamının bənizi solub?


Budur, Rəbb yer üzünü boş qoyub xarabalığa çevirəcək, Dünyanı alt-üst edəcək, Sakinlərini dağıdacaq.


Gördüklərimdən belimə sancı düşdü, Doğan qadın tək məni ağrı tutdu. Eşitdiklərimdən sarsıldım Gördüklərimdən məni vahimə bürüdü.


Rəbb belə deyir: «Millətləri məhv etdim, Künc qüllələri dağıldı. Küçələrini viran qoydum, O küçələrdən artıq gəlib-keçən yoxdur! Şəhərləri xarabalığa döndü, Orada heç bir sakin də qalmadı.


Səni görənlərin hamısı səndən qaçıb Belə deyəcək: “Nineva viran qaldı! Onun üçün kim ağlayacaq?” Haradan sənə təsəlli verənləri tapım?»


De ki: “Ya Rəbb, buranı dağıdacağını, içində insanın da, heyvanın da yaşamayacağını, ölkənin əbədi viran qalacağını söylədin”.


«Babili bayquş yuvasına, bataqlığa çevirəcəyəm, Qırğın süpürgəsi ilə süpürəcəyəm» Ordular Rəbbi bəyan edir.


Biz bunları eşidəndə ürəyimiz qorxuya düşdü və vahimənizdən heç kimin taqəti qalmadı; çünki Allahınız Rəbb yuxarıda göyün və aşağıda yerin Allahıdır.


Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı.


Aylılar onlardan otuz altı nəfəri öldürüb, İsrailliləri şəhərin darvazasının qabağından daş çıxarılan yerə qədər qovdular və onları enişlikdə qırdılar. Bundan sonra xalqın ürəyi qorxudan dəhşətə gəldi.


Əziz xalqımın yarasından Mən də yaralandım, Yas tutub dəhşətə gəldim.


Bu sözlər Dəməşq barədədir: «Xamat və Arpad utanacaq, Çünki pis xəbər eşidib Ruhdan düşdülər. Sakit durmayan dəniz kimi Coşub narahat oldular.


Onlar sənə “Nəyə görə içini çəkirsən?” söyləyəndə onlara deyərsən: “Gələn xəbərə görə. Hər ürək əriyəcək, hər əl yanına düşəcək, bütün ruhlar zəifləyəcək və bütün dizlər titrəyəcək. O xəbər gəlir, bunlar yerinə yetəcək” Xudavənd Rəbb belə bəyan edir».


Xudavənd Rəbb belə deyir: “Sidr ağacı ölülər diyarına endiyi gün ona yas tutsunlar deyə dərin su qaynaqlarını örtdüm, çaylarını dayandırdım, gur sularının qabağını kəsdim. O ağac üçün Livana yas tutdurdum, bütün çöl ağaclarını qurutdum.


Rəbb Yaqub nəslini İsrailin əvvəlki əzəmətinə qaytaracaq. Hərçənd quldurlar onu viran etdi, Tənəklərini dağıtdı.


跟着我们:

广告


广告