Biblia Todo Logo
在线圣经

- 广告 -




NAHUM 1:8 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

8 Lakin O, Ninevanın olduğu yeri Azğın sellərlə məhv edəcək. Düşmənlərini zülmətə salacaq.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

8 Lakin O, Ninevanın olduğu yeri Azğın sellərlə məhv edəcək. Düşmənlərini zülmətə salacaq.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

8 Лакин О, Ниневанын олдуғу јери Аэғын селләрлә мәһв едәҹәк. Дүшмәнләрини эүлмәтә салаҹаг.

参见章节 复制




NAHUM 1:8
26 交叉引用  

Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Öz qəzəbimlə tufan küləyi əsdirib, Öz hiddətimlə şiddətli yağış və dolu yağdıracağam ki, divar qızğınlığımla məhv olsun.


Ədaləti ölçü, salehliyi şaqul edəcəyəm. Yalan sığınacağını dolu məhv edəcək, Gizləndiyiniz yerləri sellər yuyub-aparacaq.


Göyə də, yerə də baxsalar, əzabdan, qaranlıqdan, zülmətdən savayı heç bir şey görməyəcəklər. Qatı zülmətə atılacaqlar».


Rəbb əlini şimala doğru uzadıb Aşşuru yox edəcək, Ninevanı viranəliyə, Səhra kimi quruya çevirəcək,


Bundan ötrü deyilmi ki, yer titrəyəcək, orada yaşayan hər kəs yasa batacaq? Bəli, bütün yer Nil çayı kimi qabaracaq, Misirdəki Nil çayı kimi coşandan sonra çəkiləcək.


Amma bu padşahlığın əsl övladları qaranlıq çölə atılacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq».


Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Ev uçar və onun yıxılması bir müsibət olar».


Qədimdən bəri Nineva Sulu hovuz kimi idi, İndi isə sular axıb gedir, Onlara «Dayanın, dayanın!» deyirlər, Amma geri dönən yoxdur.


Bu, Nineva haqqındakı xəbərdarlıq, Elqoşlu Nahumun görüntülərindən ibarət kitabdır.


Axır zamanda isə cənub padşahı onunla vuruşacaq. Şimal padşahı öz döyüş arabaları, atlıları və çoxlu gəmiləri ilə qasırğa kimi onun üstünə hücum çəkəcək, müxtəlif ölkələri istila edəcək və onlardan sel kimi keçəcək.


Sel kimi istilaçı qoşunlar onun önündən silinib-süpürüləcək, onlar da, əhdin başçısı da məhv olacaq.


Altmış iki yeddiillik dövrdən sonra məsh olunan həlak olacaq, amma bu özü üçün olmayacaq. Gələcək hökmdarın xalqı şəhəri və Müqəddəs yeri viran edəcək. Onun sonu daşqın kimi olacaq. Müharibə sona qədər davam edəcək. Viranəliklər olacağına qərar verilib.


Nə qədər ki qaranlıq çökdürməyib, Zülmət dağlarında ayaqlarınız büdrəməyib, Allahınız Rəbbi izzətləndirin. Siz işıq gözləyirsiniz, Amma Rəbb onu ölüm kölgəsinə çevirər, Dərin zülmətə döndərər.


Pislərinsə yolu zülmətdir, Onlar nəyə görə büdrədiklərini bilməzlər.


Dəhşətlər üstümə doldu, Şərəfimi yel tək sovurdu, Xoşbəxtliyim bulud kimi keçib getdi.


Sonra şimal padşahının oğulları silahlanıb çoxlu qoşun toplayacaq. Qoşun sel kimi gəlib keçəcək və irəliləyərək cənub padşahının qalasına hücum edəcək.


Qoy qəzəbinin alovu saçsın, Hər qürurluya baxıb onları alçalt.


Budur Rəbbin günü gəlir, Amansızlıqla, qeyzlə, qızğın qəzəblə gəlir ki, Yeri səhraya döndərsin, Oradakı günahkarları məhv etsin.


Göydəki ulduzlar və bürclər işıq verməyəcək, Günəş doğarkən tutulacaq, Ay nurunu saçmayacaq.


Budur, Rəbbin güclü, qüvvətli bir adamı var. O, bərk yağan dolu, Bəla gətirən fırtına kimi, Hər şeyi yolunda məhv edən sel kimi gəlir, Əlləri ilə şəhəri yerlə yeksan edəcək.


söylə: “Qoy Babil də belə batsın və Mənim onun başına gətirəcəyim fəlakətdən bir daha çıxa bilməsin, qoy onlar taqətdən düşsün”». Yeremyanın sözləri buraya qədərdir.


Sadiq qullarının addımlarını qoruyur, Pisləri isə zülmətdə susdurur. Çünki insan öz qüvvəsi ilə zəfər çalmır.


Ölümlə bağladığınız əhd ləğv olunacaq, Ölülər diyarı ilə razılığınız qüvvədən düşəcək. Ölkəyə böyük bəla gələndə sizi məhv edəcək.


跟着我们:

广告


广告