Biblia Todo Logo
在线圣经

- 广告 -




MƏRSİYƏLƏR 5:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Ya Rəbb, başımıza gələni yada sal Gör bu xəcalətimizi, buna nəzər sal.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

1 Ya Rəbb, başımıza gələni yada sal Gör bu xəcalətimizi, buna nəzər sal.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

1 Ја Рәбб, башымыэа ҝәләни јада сал Ҝөр бу хәҹаләтимиэи, буна нәэәр сал.

参见章节 复制




MƏRSİYƏLƏR 5:1
26 交叉引用  

Ya Rəbb, Sənin şöhrətin haqqında eşitdim, Ya Rəbb, gördüyün işlərə görə qorxdum. Bizim vaxtımızda da eyni işlər gör, Bizim dövrümüzdə bunları bildir! Qəzəblənəndə mərhəmətini xatırla!


Ya Rəbb, mənə etdikləri həqarəti eşitdin, Əleyhimə fənd qururlar.


Əzabımı və sərgərdanlığımı, Acı yovşanı və zəhəri yada sal.


Yoldan keçən bütün insanlar Qarşında əl çalırlar, Başlarını yelləyib səni fitə basırlar. Yerusəlim qızına belə deyirlər: «Bütün dünyanın gözəllik və sevinc rəmzi olan şəhər budurmu?»


Sən bilirsən, ya Rəbb! Məni yada sal və qayğıma qal. Məni təqib edənlərdən qisasımı al, Səbirli olduğuna görə məni həlak etmə. Bil ki, Sənin üçün rüsvay oldum.


Eşit, ey Allahımız, çünki bizə xor baxırlar. Qoy həqarətləri öz başlarına düşsün və əsir düşdükləri ölkədə talan olunsunlar!


Sonra İsaya dedi: «Ey İsa, Öz Padşahlığına gələndə məni xatırla!»


Ya Rəbb, indi bax, xalqının halını gör! Kiminlə belə rəftar etmisən? Analar uşaqlarını, əziz balalarınımı yesin? Kahinlər, peyğəmbərlər Xudavəndin Müqəddəs məkanındamı qətlə yetirilsin?


Ya Rəbb, bax dara düşmüşəm, Canım əzabdan yanır. Çox üsyankarlıq etmişəm, Buna görə ürəyim üzülür. Bayırdakı qılınc məni övladsız qoyur, Ölüm evimi içəridən bəzəyir.


Məni palçıqdan düzəltdin, bunu xatırla. Yenidən məni torpağa çevirəcəksənmi?


Ey Allah, yada sal, həyatım bir nəfəsdir, Gözüm yenidən yaxşılıq görməyəcək.


Yalvarıram, qulun Musaya “əgər xəyanət etsəniz, sizi xalqlar arasına səpələyəcəyəm.


Mənə belə dedilər: «Əsirlikdən qurtulub qayıdanlar orada – vilayətdə böyük məşəqqət və xəcalət içində yaşayır. Yerusəlimin divarı dağıdılıb, darvazaları isə yandırılmışdır».


Ey Yerusəlim, divarlarının üstünə Mən qarovulçular qoydum. Gecə-gündüz onlar susmayacaq. Ey Rəbbə sözünü xatırladan sizlər, susmayın,


Rəbb göylərdən aşağıya baxana qədər, Olanları görənə qədər.


Biz utandıq, Çünki təhqir eşitdik, Üzümüzü rüsvayçılıq örtdü. Çünki yadellilər Rəbbin məbədinin Müqəddəs yerlərinə girdi.


Ətəyində ləkələr qaldı, Sonunu düşünməz oldu, Ona görə qorxunc surətdə yıxıldı, Ona təsəlli verən yoxdur, Ya Rəbb, gör bu əzabımı, Çünki düşmən zəfər çaldı.


Oranın bütün xalqı zarıyır, çörək axtarır, Canlarını taqətə gətirmək üçün Sərvətlərinin əvəzinə azuqə alır. «Ya Rəbb, indi bax, halımı gör, Bir səfilə dönmüşəm».


跟着我们:

广告


广告