Biblia Todo Logo
在线圣经

- 广告 -




MƏRSİYƏLƏR 1:16 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

16 Bunlar üçün ağlayıram, Gözlərimdən yaş axır. Təsəlli verən məndən uzaqdır, Məni dirçəldən uzaqdır. Övladlarım yalqız qalıb, Çünki düşmən zəfər çalıb.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

16 Bunlar üçün ağlayıram, Gözlərimdən yaş axır. Təsəlli verən məndən uzaqdır, Məni dirçəldən uzaqdır. Övladlarım yalqız qalıb, Çünki düşmən zəfər çalıb.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

16 Бунлар үчүн ағлајырам, Ҝөэләримдән јаш ахыр. Тәсәлли верән мәндән уэагдыр, Мәни дирчәлдән уэагдыр. Өвладларым јалгыэ галыб, Чүнки дүшмән эәфәр чалыб.

参见章节 复制




MƏRSİYƏLƏR 1:16
23 交叉引用  

Gecələr acı-acı ağlar, Göz yaşları ilə yanağı islanar, Məşuqlarının arasından Ona təsəlli verən yoxdur. Bütün dostları ona xəyanət etdi, düşmən oldu.


Xalq Xudavəndə ürəkdən fəryad etdi, Ey Sion qızının divarı! Qoy gecə-gündüz sənin gözlərindən sel kimi yaş axsın, Dincəlmə, aç gözlərini, yumulmasın.


Ağlamaqdan gözlərimin nuru gedir, Canım əzabdan yanır. Əziz xalqım qırıldığına görə ürəyimdən qan axır. Çünki şəhər meydanlarındakı Körpələrin, uşaqların huşu başından çıxır.


Onlara bu sözü söylə: “Qoy gözlərim gecə-gündüz Dayanmadan yaş töksün. Çünki bakirə qıza bənzəyən əziz xalqım Ağır bir yara aldı, Şiddətli bir zərbə yedi.


Ancaq siz ona qulaq asmasanız, Gözlərim acı-acı yaş tökəcək, Göz yaşları sel kimi axacaq. Çünki Rəbbin sürüsünü Sürgün etdilər.


Öz uşaqlarını böyütsələr də, Balalarını əllərindən alacağam, Onları kimsəsiz qoyacağam. Mən onları tərk etdikdə vay hallarına!


Ətəyində ləkələr qaldı, Sonunu düşünməz oldu, Ona görə qorxunc surətdə yıxıldı, Ona təsəlli verən yoxdur, Ya Rəbb, gör bu əzabımı, Çünki düşmən zəfər çaldı.


Çünki ölüm pəncərələrimizə dırmaşdı, Saraylarımıza girdi ki, Küçədə uşaqları, Meydanlarda cavanları qırıb-çatsın.


Dağlar üçün ağlayıb nalə çəkəcəyəm, Çölün otlaqları üçün mərsiyə oxuyacağam. Çünki hamısı yandı, Daha kimsə oradan keçmir, Naxırın böyürtüsü eşidilmir. Quşlar və heyvanlar da qaçıb getdi.


Kaş ki başım bulaq olaydı, Gözlərim yaş çeşməsinə dönəydi, Əziz xalqımdan öldürülənlərə Gecə-gündüz yas tutaydım.


Mən yenə səma altında edilən Bütün zülmləri gördüm: Məzlumların göz yaşlarını gördüm, Onlara təsəlli verən yox idi, Qüdrət zalımların əlində idi, Məzlumlara təsəlli verən yox idi.


Dərdimə təsəlli yoxdur, Ürəyim köksümdə taqətsizdir.


«Ey tufana düşmüş, Təsəlli tapmamış yazıq şəhər! Sənin daşlarını əqiqlərlə, Təməlini göy yaqutlarla qoyacağam.


Ey Yerusəlim, bəs sənə kim acıyacaq? Sənin üçün kim yas tutacaq? Halını soruşmaq üçün Kim yolundan dönüb sənin yanına gələcək?


跟着我们:

广告


广告