32 Çörəyin və ətin qalan hissələrini yandırın.
32 Чөрәјин вә әтин галан һиссәләрини јандырын.
Əgər təqdis qurbanının ətindən və çörəkdən səhərə qədər qalarsa, qalığını yandır; bu şeylər yeyilməz, çünki müqəddəsdir.
Çünki deyir: «Münasib vaxtda səni eşitdim, Xilas günü sənə kömək etdim». Budur, indi münasib vaxt, budur, indi xilas günü.
Çalışmaq üçün nə bacarırsan, var gücünlə et. Çünki gedəcəyin ölülər diyarında nə iş, nə fikir, nə bilik, nə də hikmət var.
Sabahkı gününlə öyünmə, Günün nə doğacağını bilməzsən.
lakin üçüncü günə qalan qurbanlıq əti yandırılsın.
Ondan səhərə qədər bir şey saxlamayın və səhər qalanını yandırın.
Təqdis günləri başa çatana qədər yeddi gün Hüzur çadırının girişindən kənara çıxmayın; çünki vəzifəyə keçmə vaxtınız yeddi gün davam edəcək.