Biblia Todo Logo
在线圣经

- 广告 -




LEVİLİLƏR 2:11 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

11 Rəbbə gətirilən heç bir taxıl təqdimi mayalı xəmirdən hazırlanmasın. Tərkibində ya maya ya da bal olan təqdim Rəbb üçün yandırma təqdimi kimi tüstülədilib yandırılmasın.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

11 Rəbbə gətirilən heç bir taxıl təqdimi mayalı xəmirdən hazırlanmasın. Tərkibində ya maya ya da bal olan təqdim Rəbb üçün yandırma təqdimi kimi tüstülədilib yandırılmasın.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

11 Рәббә ҝәтирилән һеч бир тахыл тәгдими мајалы хәмирдән һаэырланмасын. Тәркибиндә ја маја ја да бал олан тәгдим Рәбб үчүн јандырма тәгдими кими түстүләдилиб јандырылмасын.

参见章节 复制




LEVİLİLƏR 2:11
19 交叉引用  

Azacıq maya bütün xəmiri acıdır.


Bu vaxt saysız-hesabsız adam bir-birini sıxışdıra-sıxışdıra oraya yığıldı. İsa əvvəl şagirdlərinə danışmağa başladı: «Fariseylərin mayasından, yəni ikiüzlülükdən özünüzü gözləyin.


Mənə gətirilən qurbanın qanını mayalı çörəklə təqdim etməyin. Bayram qurbanımın piyi səhərə qədə qalmasın.


Nəticədə cisimdə qalan vaxtını isə artıq bəşəri ehtiraslara görə deyil, Allahın iradəsinə görə yaşayır.


Özünüzə fikir verin! Qoy ürəkləriniz eyş-işrət və sərxoşluqla, bu həyatın qayğıları ilə yüklənməsin. Qoy qiyamət günü bir tələ kimi üzərinizə qəflətən gəlməsin.


İsa onlara xəbərdarlıq edərək dedi: «Ehtiyatlı olun, fariseylərin mayasından və Hirodun mayasından özünüzü gözləyin».


Qədərindən çox bal yemək xeyirli olmadığı kimi Tərifə uymaq da yaxşı deyil.


Bal tapsan, lazımi qədər ye, Acgözlüklə yesən, qusarsan.


Oğlum, bal ye, xeyri var, Şanı balının şirin dadı damağında qalar.


Şagirdləri ruhən möhkəmləndirdilər və imanda dönməz olsunlar deyə onları həvəsləndirərək dedilər: «Allahın Padşahlığına çox əziyyətlərdən keçərək girməliyik».


İsa onlara dedi: «Ehtiyatlı olun! Fariseylərin və sadukeylərin mayasından özünüzü gözləyin».


Mənə gətirilən qurbanın qanını mayalı çörəklə təqdim etməyin. Pasxa bayramının qurban əti səhərə qədə qalmasın.


Sonra bu şeyləri əllərindən alıb qurbangahda yandırma qurbanı ilə tüstülədib yandır. Bu, Rəbbin hüzurunda Onun xoşuna gələn ətir – yandırma təqdimidir.


İçalatı və budları isə o adam su ilə yusun. Kahin bunların hamısını təqdim edib qurbangahda tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətirli təqdimdir.


Qoy kahin kətan paltarını, kətan alt geyimini əyninə geyib qurbangahda yandırma qurbanını məhv edən oddan çıxan külü götürüb qurbangahın yanına qoysun.


跟着我们:

广告


广告