Biblia Todo Logo
在线圣经

- 广告 -




HUŞƏ 4:16 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

16 Bəli, İsrail inadkar bir düyə kimi inad etdi. İndi Rəbb onları Otlaqda quzu otaran kimi necə otarsın?

参见章节 复制

Azərbaycan Bibliyası 2008

16 Bəli, İsrail inadkar bir düyə kimi inad etdi. İndi Rəbb onları Otlaqda quzu otaran kimi necə otarsın?

参见章节 复制

МУГӘДДӘС КИТАБ

16 Бәли, Исраил инадкар бир дүјә кими инад етди. Инди Рәбб онлары Отлагда гуэу отаран кими неҹә отарсын?

参见章节 复制




HUŞƏ 4:16
19 交叉引用  

Ancaq onlar eşitməkdən boyun qaçırdı, inadkarlıqla arxa çevirdi, eşitməmək üçün qulaqlarını bağladı.


Xalqım Məndən üz döndərməyi qərara alıb. Haqq-Taalanı çağırsalar da, Onları heç vaxt ucaltmayacaq.


Ya Rəbb, hərçənd təqsirlərimiz Bizə qarşı şəhadət edir, Sən Öz adından ötrü səy göstər. Çünki dəfələrlə dönüklük etmiş, Sənə qarşı günah etmişik.


Bəs nə üçün bu xalq yoldan azdı? Nə üçün Yerusəlim daim dönüklük edir? Onlar yalandan bərk yapışıb, Dönmək istəmir.


Ancaq Məni eşitmədilər, qulaq asmadılar. Bunun əvəzinə öz istəklərinə, pis ürəklərinin inadkarlığına görə hərəkət etdilər, irəliyə deyil, geriyə getdilər.


Buna görə də meşədən bir aslan çıxıb Onları öldürəcək, Səhradan qurd gəlib onları parçalayacaq, Şəhər kənarında bəbir pusqu quracaq, Şəhərdən çıxan hər adam parçalanacaq. Çünki çox üsyan etdilər, Dəfələrlə dönük oldular.


Rəbb mənə dedi: «Dönük İsrail xain Yəhuda ilə müqayisədə daha saleh oldu.


Dəfələrlə zina etdiyi üçün dönük İsrailə talaq kağızı verib onu boşadım. Ancaq gördüm ki, onun xəyanətkar bacısı Yəhuda yenə qorxmadı, o da gedib fahişəlik etdi.


Yoşiyanın padşahlığı dövründə Rəbb mənə dedi: «Dönük İsrailin nə etdiyini gördünmü? Hər uca təpənin üstünə, kölgəli ağacın altına gedib orada bütlərə səcdə edərək Mənə xəyanət etdi.


Top kimi yuvarlayacaq, Gen-bol ölkəyə atacaq. Orada öləcəksən və öyündüyün arabaların orada qalacaq, Axı öz ağanın evini biabır edən sənsən!


Quzular öz otlaqlarındakı kimi otlayacaq, Varlıların viranə qalan evlərini yadellilər alacaq.


«Şaulu padşah etdiyimə peşman oldum. Çünki o dönüb Mənim ardımca getməyərək sözlərimi yerinə yetirməyib». Şamuel qəzəbləndi və bütün gecəni Rəbbə fəryad etdi.


Sizi isə millətlər arasına səpələyəcəyəm və arxanızca qılıncla düşəcəyəm. Torpağınız viranəliyə, şəhərləriniz xarabalığa dönəcək.


Qoy ata-babaları kimi olmasınlar, Çünki onlar dikbaş, üsyankar bir nəsil idi. Allaha ürəkləri dönük, Könülləri vəfasız idi.


Rəbb yerə əkdiyiniz toxum üçün yağış verəcək, Torpağın məhsulu bol və bərəkətli olacaq. O gün mal-qaranız geniş otlaqlarda otlayacaq.


Bəli, Mən Efrayimin nalələrini eşitdim: «Sən məni Öyrədilməmiş dana kimi tərbiyələndirdin, Mən də tərbiyə aldım. Məni geri qaytar, qayıdım, Çünki Allahım Rəbb Sənsən.


Efrayim əhliləşmiş, Taxıl döyməyi sevən düyəyə bənzər. Mən onun incə boynunu əsirgədim. İndi isə Efrayimi sürdürəcəyəm. Yəhuda yer şumlasın, Yaqub isə dırmıq çəksin.


Şəhərlərinin içində qılınc fırlanacaq, Onların qapı sürgülərini qıracaq. Fitnələri üzündən onları yeyib-qurtaracaq.


跟着我们:

广告


广告