Biblia Todo Logo
在线圣经

- 广告 -




HUŞƏ 4:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Yeyəcəklər, amma doymayacaqlar, Fahişəlik edəcəklər, amma çoxalmayacaqlar, Çünki onlar Rəbbi tərk edib Başqa allahlara könül verdi.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

10 Yeyəcəklər, amma doymayacaqlar, Fahişəlik edəcəklər, amma çoxalmayacaqlar, Çünki onlar Rəbbi tərk edib Başqa allahlara könül verdi.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

10 Јејәҹәкләр, амма дојмајаҹаглар, Фаһишәлик едәҹәкләр, амма чохалмајаҹаглар, Чүнки онлар Рәбби тәрк едиб Башга аллаһлара көнүл верди.

参见章节 复制




HUŞƏ 4:10
18 交叉引用  

Yeyəcəksiniz, amma doymayacaqsınız, Qarınlarınız boş qalacaq. Sərvət yığacaqsınız, amma saxlamayacaqsınız, Qılıncla topladığınızı məhv edəcəyəm.


Çörəyinizin kökünü kəsəcəyəm. On qadın bir təndirdə çörək bişirəcək və onu sizə çəki ilə paylayacaq, siz isə yeyib doymayacaqsınız.


Çox əkdiniz, amma az götürdünüz. Yeyirsiniz, amma doymursunuz. İçirsiniz, amma susuzluğunuz yatmır. Geyinirsiniz, amma geyiminiz sizi isitmir. Məvacibiniz cırıq kisəyə qoyulur».


Rəbbin yolundan dönənləri, Rəbbə müraciət etməyənləri, Rəbdən məsləhət almayanları Buradan yox edəcəyəm».


Fahişəlik edən qızlarınızı, Zina edən gəlinlərinizi cəzalandırmayacağam. Çünki kişiləriniz fahişələrlə oynaşır, Məbəd fahişələri ilə birgə qurban kəsir. Dərrakəsiz xalq məhv olacaq.


Ancaq saleh adam öz salehliyindən dönüb pislik edərsə, pis adamın etdiyi bütün iyrənc işləri görərsə, yaşayacaqmı? Etdiyi saleh işlərindən heç biri onun ayağına yazılmayacaq. Etdiyi xainlik və işlədiyi günahından ötrü öləcək.


Saleh yeyib doyar, Şər adamsa ac qalar.


Yehoyadanın ölümündən sonra Yəhuda rəisləri gəlib padşaha baş əydilər. O zaman padşah onlara qulaq asdı.


İndi isə siz tövbə edib gözümdə doğru olanı etdiniz. Hamınız soydaşlarınızın azadlığını elan etdiniz. Mənim önümdə, Mənim adımla çağırılan məbəddə bu barədə əhd bağladınız.


Sənin içində qan tökmək istəyən böhtançı adamlar var. Sənin içində dağlarda gətirilən qurbandan yeyir, şəhvətə qapılırlar.


Hamısı zinakardır, Yoğrulan xəmir acıyana qədər Təndirçinin odunu qurdalamağa ehtiyac görmədiyi Soba kimi şəhvətlə yanırlar.


Bir müdrik adam varmı, bunu anlasın? Rəbbin dili ilə danışan bir adam varmı, bunu izah etsin? Niyə bu ölkə məhv oldu, səhra kimi yandı və heç kəs oradan keçmir?


跟着我们:

广告


广告