Biblia Todo Logo
在线圣经

- 广告 -




HUŞƏ 2:12 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

12 Onun meynələrini və əncir ağaclarını məhv edəcəyəm. O bunlar barədə deyirdi: “Bu, oynaşlarımın mənə verdiyi muzddur”. Bağlarını tikanlığa çevirəcəyəm, Çöl heyvanlarına yem olacaqlar.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

12 Onun meynələrini və əncir ağaclarını məhv edəcəyəm. O bunlar barədə deyirdi: “Bu, oynaşlarımın mənə verdiyi muzddur”. Bağlarını tikanlığa çevirəcəyəm, Çöl heyvanlarına yem olacaqlar.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

12 Онун мејнәләрини вә әнҹир ағаҹларыны мәһв едәҹәјәм. О бунлар барәдә дејирди: “Бу, ојнашларымын мәнә вердији муэддур”. Бағларыны тиканлыға чевирәҹәјәм, Чөл һејванларына јем олаҹаглар.

参见章节 复制




HUŞƏ 2:12
14 交叉引用  

O gün min gümüş dəyərində min tənək olan Bağ tikanlı, qanqallı çölə dönəcək.


İndi qoy mən sizə bağımla nə edəcəyimi bildirim: Çəpərini sökəcəyəm və onu yeyib-dağıdacaqlar, Hasarını yıxacağam və onlar tapdalanacaq.


Balalarından məhrum olmuş ayı kimi Onlara hücum çəkəcəyəm, Ürəklərinin pərdəsini yırtacağam. Dişi aslan kimi onları yeyib-qurtaracağam, Vəhşi canavar onları parçalayacaq.


Onların anası zina etdi. Onlara hamilə qalan qadın rəzillik etdi, Çünki dedi: “Oynaşlarımın dalınca gedəcəyəm, Axı çörəyimi, suyumu, yunumu, kətanımı, Zeytun yağımı və içkimi verən onlardır”.


Buna görə də sizin üzünüzdən Sion tarla kimi şumlanacaq, Yerusəlim daş qalağına, Məbədin tikildiyi dağ Meşəli təpələrə çevriləcək.


Ey İsrail, başqa xalqlar kimi Sevinib coşma, Çünki öz Allahına xəyanət etdin. Bütün xırmanlarda Fahişəlik muzduna könül verdin.


«Yəhuda padşahı Xizqiyanın dövründə Moreşetli Mikeya peyğəmbərlik edib bütün Yəhuda xalqına söylədi ki, Ordular Rəbbi belə deyir: “Sion tarla kimi şumlanacaq, Yerusəlim daş qalağına dönəcək, Məbədin tikildiyi dağ Meşəli təpələrə çevriləcək”.


«Onları qırıb-çatacağam» Rəbb belə bəyan edir. «Tənək üzüm gətirməyəcək, Əncir ağacı bar verməyəcək, Yarpaqlar solacaq. Mən onlara nə verdimsə, Hamısı əllərindən alınacaq».


Livan tezliklə məhsuldar tarlaya, Məhsuldar tarla isə meşəyə dönməyəcəkmi?


Onlar sənin məhsul və çörəyini yeyəcək. Oğul və qızlarını yeyəcək, Sürü və naxırlarını yeyəcək, Meynə və əncir ağaclarını yeyəcək. Güvəndiyin qalalı şəhərləri Qılıncla dağıdacaq».


Bundan ötrü Mən də sənin ətəklərini Üzünə qaldıracağam ki, Ayıbın görünsün.


Bəli, Mən Efrayimlilərə qarşı bir şir, Yəhuda nəsli üçün cavan aslan olacağam. Mən, Mən onu parçalayıb gedəcəyəm, Sürüyəcəyəm və kimsə əlimdən qurtarmayacaq.


跟着我们:

广告


广告