Biblia Todo Logo
在线圣经

- 广告 -




HUŞƏ 11:4 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

4 Onları insani tellərlə, Sevgi bağları ilə Özümə çəkdim. Onlar üçün çənələrindən boyunduruğu qaldıran Bir kəs oldum, Əyilib onlara yemək verdim.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

4 Onları insani tellərlə, Sevgi bağları ilə Özümə çəkdim. Onlar üçün çənələrindən boyunduruğu qaldıran Bir kəs oldum, Əyilib onlara yemək verdim.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

4 Онлары инсани телләрлә, Севҝи бағлары илә Өэүмә чәкдим. Онлар үчүн чәнәләриндән бојундуруғу галдыран Бир кәс олдум, Әјилиб онлара јемәк вердим.

参见章节 复制




HUŞƏ 11:4
14 交叉引用  

Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm».


Sizi Misir torpağından çıxardan və onların köləliyindən azad edən, boyunduruğunuzu qırıb başınızı uca edən Allahınız Rəbb Mənəm.


Bizi məcbur edən Məsihin məhəbbətidir və bu qənaətə gəlmişik ki, bir Nəfər hamı üçün öldüyünə görə hamı öldü.


Amma o bilmirdi ki, Ona taxılı, təzə şərabı, Zeytun yağını verən Mənəm. Baal bütü üçün sərf etdikləri Qızıl-gümüşü çoxaldan Mənəm.


Onlar əziyyət çəkdikdə O da əziyyət çəkdi. Hüzurundan gələn mələk onları xilas etdi. Məhəbbəti və mərhəməti ilə Onları satın aldı. Bütün keçmiş günlərdə onları götürüb apardı.


Bağrına bas məni, səninlə qaçaq, Qoy padşah məni otağına aparsın. Səninlə sevinib biz şadlanarıq, Şərabdan da artıq eşqinizi anarıq. Sənə heyran olanlar haqlıdır.


Mən ona Ata, o isə Mənə oğul olacaq. Günah edəndə onu insanların dəyənəyi ilə, bəşər övladlarının kötəkləri ilə vuracağam.


Musa dedi: «Rəbbin əmri budur: “Mannadan bir omer doldurun; Misir ölkəsindən sizi çıxardığım zaman səhrada sizə yedirtdiyim yeməyi görmək üçün qoy bu nəsildən-nəslə qorunsun”».


Ona yol göstərən yalnız Rəbb idi. Yanında özgə bir allah yox idi.


Onu inəklərin kəsmiyi, qoyunların südü ilə, Kökəldilmiş quzularla, Başandakı təkələrlə, qoçlarla. Ən yaxşı buğda ilə bəslədi. Xalq şərabı, üzümün al qanını içdi,


跟着我们:

广告


广告