Biblia Todo Logo
在线圣经

- 广告 -




HUŞƏ 11:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Peyğəmbərlər İsraili çağırdıqca İsrail onlardan uzaqlaşdı. Baal bütlərinə qurban kəsdilər, Oyma bütlərə buxur yandırdılar.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

2 Peyğəmbərlər İsraili çağırdıqca İsrail onlardan uzaqlaşdı. Baal bütlərinə qurban kəsdilər, Oyma bütlərə buxur yandırdılar.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

2 Пејғәмбәрләр Исраили чағырдыгҹа Исраил онлардан уэаглашды. Баал бүтләринә гурбан кәсдиләр, Ојма бүтләрә бухур јандырдылар.

参见章节 复制




HUŞƏ 11:2
28 交叉引用  

Baal bütlərinə buxur yandırdığı günlər üçün Onu cəzalandıracağam. O vaxt halqalar və cəvahiratla özünü bəzəyərək Oynaşlarının dalınca getmiş, Məni isə unutmuşdu» Rəbb belə bəyan edir.


Amma xalqım Məni unutdu, Saxta allahlara buxur yandırdı. Bu allahlar onların gedəcəyi yollarda, Qədim yollarda büdrəmələrinə səbəb oldu, Onları hamar olmayan Dolanbac yollarda gəzdirdilər.


Onların da, atalarının da qəbahətlərinin cəzasını Onlara çəkdirəcəyəm». Rəbb deyir. «Dağların başında buxur yandırdıqlarına görə, Təpələrin başında Mənə küfr etdiklərinə görə Mən əvvəlki əməllərini ölçüb onların əvəzini onlara çəkdirəcəyəm».


Xalqım Məndən üz döndərməyi qərara alıb. Haqq-Taalanı çağırsalar da, Onları heç vaxt ucaltmayacaq.


Ey dikbaş, həm ürəkləri, həm də qulaqları “sünnət” edilməmiş insanlar, ata-babanız kimi siz də həmişə Müqəddəs Ruhun əleyhinə çıxırsınız.


Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi.


Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər! Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, sizsə istəmədiniz!


Ancaq onlar eşitməkdən boyun qaçırdı, inadkarlıqla arxa çevirdi, eşitməmək üçün qulaqlarını bağladı.


«İsrailin Allahı olan Ordular Rəbbi deyir ki, get Yəhuda adamlarına və Yerusəlimdə yaşayanlara bunları söylə: “Siz heç bir dərs almayacaq, sözlərimə qulaq asmayacaqsınız?” Rəbb belə bəyan edir.


Lakin Sən illər boyu onlarla səbirlə davrandın. Öz Ruhunla, peyğəmbərlərin vasitəsilə onlara xəbərdarlıq etdin. Onlar isə qulaq asmadılar və ona görə Sən onları ətraflarındakı xalqlara təslim etdin.


İndi bütün İsrailliləri, İzevelin süfrəsində yemək yeyən dörd yüz əlli Baal peyğəmbərini və dörd yüz Aşera peyğəmbərini Karmel dağına, yanıma çağırtdır».


O öz istəyincə uydurduğu vaxt – səkkizinci ayın on beşinci günü İsrail övladları üçün bayram keçirdi və buxur yandırmaq üçün Bet-Eldə düzəltdiyi qurbangaha qalxdı.


İsrail övladları yenə də Rəbbin gözündə pis olan işlər görərək Baal və Aştoret bütlərinə, Aram allahlarına, Sidon allahlarına, Moav allahlarına, Ammon övladlarının allahlarına, Filiştlilərin allahlarına qulluq edərək Rəbbi atdılar və Ona qulluq etmədilər.


Beləliklə, İsrail övladları Rəbbin gözündə pis olan işlər gördülər. Onlar özlərinin Allahı Rəbbi unudaraq Baal və Aşera bütlərinə sitayiş etdilər.


Onlar Rəbbi ataraq Baal və Aştoret bütlərinə qulluq etdilər.


“Atalarınız kimi olmayın! Əvvəlki peyğəmbərlər onlara müraciət edib söylədi ki, Ordular Rəbbi onlara ‹pis əməllərinizdən və pis işlərinizdən qayıdın› deyir. Ancaq onlar eşitmədi və Mənə qulaq asmadı” Rəbb belə bəyan edir.


Dağların başında qurban kəsirlər, Təpələrdə palıd, ağcaqovaq və yabanı püstə ağacı altında Kölgələri gözəl olduğu üçün buxur yandırırlar. Buna görə də qızlarınız fahişəlik edir, Gəlinləriniz də zinakardır.


Ancaq onlar eşitmədi, qulaq asmadı. Pisliklərindən dönmədilər, başqa allahlara buxur yandırmağı dayandırmadılar.


Efrayim bütlərindən yapışdı, Burax onu!


跟着我们:

广告


广告