Biblia Todo Logo
在线圣经

- 广告 -




HAKİMLƏR 3:15 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

15 Lakin İsrail övladları Rəbbə fəryad edəndə Rəbb Binyaminli Geranın oğlu solaxay Ehudu bir xilaskar kimi onlara yetirdi. İsrail övladları Moav padşahı Eqlona Ehud vasitəsilə xərac göndərdi.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

15 Lakin İsrail övladları Rəbbə fəryad edəndə Rəbb Binyaminli Geranın oğlu solaxay Ehudu bir xilaskar kimi onlara yetirdi. İsrail övladları Moav padşahı Eqlona Ehud vasitəsilə xərac göndərdi.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

15 Лакин Исраил өвладлары Рәббә фәрјад едәндә Рәбб Бинјаминли Ҝеранын оғлу солахај Еһуду бир хиласкар кими онлара јетирди. Исраил өвладлары Моав падшаһы Еглона Еһуд васитәсилә хәраҹ ҝөндәрди.

参见章节 复制




HAKİMLƏR 3:15
22 交叉引用  

İsrail övladları Rəbbə fəryad edəndə Rəbb də onlar üçün bir xilaskar yetirdi. Xilaskar Kalevin kiçik qardaşı olan Qenazın oğlu Otniel idi. O, İsrail övladlarını əsarətdən xilas etdi.


Ölənləri görüb Allahı axtardılar, Geri dönüb Allahı səylə aradılar.


Ona qulaq asmayın! Çünki Aşşur padşahı belə deyir: “Mənimlə sülh bağlayın və yanıma gəlin. Mən gələnə qədər hər kəs öz üzüm meynəsinin və əncir ağacının bəhrəsindən yeyib öz quyusunun suyundan içəcək.


Binyamin nəslindən, Şaulun qohumlarından olan bu adamlar ox-kamanla silahlanıb sağ və sol əllə sapanddan daş atmağı və kamanla ox atmağı bacarırdı. Onların adları belədir:


Bütün bu xalqın arasında solaxay olan yeddi yüz seçmə adam var idi ki, hər biri sərrast sapand atıb daşla başda olan bir tükü belə, vura bilirdi və atdıqları boşa çıxmırdı.


“Məni çağır, sənə cavab verim, bilmədiyin böyük, dərkedilməz şeyləri sənə bildirim”.


Gizli hədiyyə qəzəbi, Qoltuqdakı rüşvət hiddəti yatırar.


Çoxları nəcabətlinin üzünü görmək istər, Səxavətli adamla çoxları dostluq edər.


İnsanın hədiyyəsi ona yol açar, Böyük adamların hüzuruna aparar.


Bəzi yaramaz adamlar isə belə dedilər: «Bu adam bizi necə qurtaracaq?» Ona xor baxıb hədiyyə göndərmədilər. Şaul isə buna susdu.


Beləliklə, İsrail övladları Moav padşahı Eqlona on səkkiz il tabe oldu.


Ehud özünə uzunluğu bir qulac olan ikiağızlı xəncər düzəltdi və onu paltarının altında sağ buduna bağladı.


Rəbb İsrail övladlarını talançıların əlindən qurtarmaq üçün hakimlər yetirdi.


İsrail övladları Rəbbə fəryad etdilər, çünki doqquz yüz dəmir döyüş arabasına malik olan Yavin iyirmi il idi ki, İsrail övladlarına zülm edib əziyyət verirdi.


Yoav Amasaya dedi: «Qardaşım, yaxşısanmı?» Sonra Yoav onu öpmək üçün sağ əli ilə Amasanın saqqalından yapışdı.


Amasa isə Yoavın sol əlindəki qılınca əhəmiyyət vermədi. Yoav qılıncı ilə Amasanın qarnından vurub bağırsaqlarını yerə elə tökdü ki, ikinci zərbəyə ehtiyac qalmadan Amasa öldü. Yoavla qardaşı Avişay Bikri oğlu Şevanı təqib etdilər.


Belanın oğulları bunlardır: Addar, Gera, Avihud,


Onun yanına gələn hər kəs hədiyyə gətirirdi. Beləcə ona hər il qızıl qablar, gümüş qablar, paltarlar, silahlar, ətriyyat, atlar və qatırlar gətirilirdi.


跟着我们:

广告


广告