Biblia Todo Logo
在线圣经

- 广告 -




HAKİMLƏR 19:16 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

16 Bu zaman axşam bir qoca tarladan – işdən evə qayıdırdı. O, Efrayimin dağlıq bölgəsindən idi, amma Giveada yaşayırdı. Oranın sakinləri isə Binyaminlilərdən ibarət idi.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

16 Bu zaman axşam bir qoca tarladan – işdən evə qayıdırdı. O, Efrayimin dağlıq bölgəsindən idi, amma Giveada yaşayırdı. Oranın sakinləri isə Binyaminlilərdən ibarət idi.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

16 Бу эаман ахшам бир гоҹа тарладан – ишдән евә гајыдырды. О, Ефрајимин дағлыг бөлҝәсиндән иди, амма Ҝивеада јашајырды. Оранын сакинләри исә Бинјаминлиләрдән ибарәт иди.

参见章节 复制




HAKİMLƏR 19:16
16 交叉引用  

İsraildə padşah olmayan dövrdə Efrayimin dağlıq bölgəsinin ucqar bir hissəsində bir Levili yaşayırdı. O, Yəhudanın Bet-Lexem şəhərindən özü üçün bir cariyə almışdı.


Hətta biz sizinlə olarkən sizə bu əmri verdik: kim işləmək istəmirsə, yemək də yeməsin.


Oğurluq edən artıq oğurluq etməsin, əksinə, zəhmət çəkib öz əlləri ilə yaxşı əməl etsin ki, ehtiyacı olanlarla bölüşdürməyə bir şeyi olsun.


Fəhlə az da yesə, çox da yesə, Yuxusu şirindir. Amma varlı adamın dövləti qoymaz ki, O, rahat yatsın.


Ürəyimdə niyyət etdim ki, göylər altında edilən bütün işləri hikmətlə öyrənib araşdırım. Bu çətin işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib.


Əvvəlcə çöldəki işini qurtar, Zəmi sal, sonra evini tik.


Hər zəhmətdə bir fayda var, Boş sözlər insanı ehtiyac içində qoyar.


Kələklə gələn sərvət azalar, Zəhmətlə qazanılan sərvət isə artar.


Onlar oradan keçib getdilər. Binyaminin Givea şəhərinə yaxınlaşarkən artıq günəş batmışdı.


Alın tərinlə çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, Çünki oradan götürülmüsən, Ona görə ki yerin torpağısan, Torpağa da qayıdacaqsan».


Gecəni Giveada keçirmək üçün oranın yoluna döndülər. Kişi şəhərə girib meydanda oturdu, amma onları gecələmək üçün evinə aparan kimsə yox idi.


Bu qoca başını qaldırıb şəhərin meydanındakı yolçunu görüb dedi: «Haradan gəlib, hara gedirsən?»


Givea günlərində olduğu kimi Onlar böyük pozğunluğa düçar oldu. Allah onların təqsirlərini yada salacaq, Günahları üçün onları cəzalandıracaq.


跟着我们:

广告


广告