Biblia Todo Logo
在线圣经

- 广告 -




HAKİMLƏR 16:5 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

5 Filiştlilərin ağaları o qadının yanına gəlib dedilər: «Şimşonu dilə tutub öyrən, gör onda bu qədər güc haradandır? Onu özümüzə tabe etmək üçün necə gücdən salıb bağlaya bilərik? Bundan ötrü hər birimiz sənə min yüz şekel gümüş verərik».

参见章节 复制

Azərbaycan Bibliyası 2008

5 Filiştlilərin ağaları o qadının yanına gəlib dedilər: «Şimşonu dilə tutub öyrən, gör onda bu qədər güc haradandır? Onu özümüzə tabe etmək üçün necə gücdən salıb bağlaya bilərik? Bundan ötrü hər birimiz sənə min yüz şekel gümüş verərik».

参见章节 复制

МУГӘДДӘС КИТАБ

5 Филиштлиләрин ағалары о гадынын јанына ҝәлиб дедиләр: «Шимшону дилә тутуб өјрән, ҝөр онда бу гәдәр ҝүҹ һарадандыр? Ону өэүмүэә табе етмәк үчүн неҹә ҝүҹдән салыб бағлаја биләрик? Бундан өтрү һәр биримиэ сәнә мин јүэ шекел ҝүмүш верәрик».

参见章节 复制




HAKİMLƏR 16:5
17 交叉引用  

Dördüncü gün olanda Şimşonun arvadına dedilər: «Ərini başa sal ki, bizə bu tapmacanın cavabını desin, yoxsa sənin də, atanın da evini yandırarıq. Siz bizi buraya soymağa çağırmısınız?»


Misir qarşısında olan Şixor çayından şimala tərəf Kənanlıların torpağı sayılan Eqron sərhədinə qədər torpaqlar; Filiştlilərin beş ağasına məxsus Qəzzəlilərin, Aşdodluların, Aşqelonluların, Qatlıların torpaqları və Eqronluların ağalarına məxsus torpaqlar; Avvalıların torpağı;


«Onu sizə təslim etsəm, mənə nə verərsiniz?» Onlar da Yəhudaya otuz gümüş təklif etdilər.


Pis işlərə əlləri zirək olur, Rəislər, hakimlər rüşvət tələb edir, Dövlətlilər istədiklərini edir, Hamısı hiylə ilə iş görür.


Akiş Davudu çağırıb ona dedi: «Var olan Rəbbə and olsun, sən düz adamsan. Orduda mənimlə yürüşə çıxmağın gözümdə xoşdur, çünki yanıma gəldiyin gündən bu günə qədər səndə pis bir şey tapmadım. Lakin ağaların gözünə xoş görünmürsən.


O, anasına belə dedi: «Səndən oğurlanan min yüz şekel gümüşdən ötrü lənət etdin və bunu mənə eşitdirdin. Budur, o gümüş məndədir, onu mən götürmüşəm». Anası ona dedi: «Oğlum, qoy Rəbb sənə xeyir-dua versin».


Beş Filişt ağası, bütün Kənanlılar və Sidonlular, eləcə də Baal-Xermon dağından Xamat keçidinə qədər Livan dağlarında yaşayan Xivlilər.


Esav o gün yola düşüb Seirə qayıtdı.


Bundan bir qədər sonra Şimşon Soreq vadisində Delila adlı bir qadına vuruldu.


Delila Şimşona dedi: «Rica edirəm, səndəki bu böyük qüvvənin haradan olduğunu mənə söylə. Səni necə ram etmək və bağlamaq olar?»


跟着我们:

广告


广告