Biblia Todo Logo
在线圣经

- 广告 -




HAKİMLƏR 16:25 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

25 Onların kefi kökələndə dedilər: «Şimşonu bura gətirin, qoy bizi əyləndirsin». Onlar Şimşonu zindandan çağırtdırdılar və Şimşon onların qarşısında oynadı. Onu dirəklər arasında dayandırdılar.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

25 Onların kefi kökələndə dedilər: «Şimşonu bura gətirin, qoy bizi əyləndirsin». Onlar Şimşonu zindandan çağırtdırdılar və Şimşon onların qarşısında oynadı. Onu dirəklər arasında dayandırdılar.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

25 Онларын кефи көкәләндә дедиләр: «Шимшону бура ҝәтирин, гој биэи әјләндирсин». Онлар Шимшону эиндандан чағыртдырдылар вә Шимшон онларын гаршысында ојнады. Ону дирәкләр арасында дајандырдылар.

参见章节 复制




HAKİMLƏR 16:25
23 交叉引用  

Avşalom nökərlərinə belə əmr etmişdi: «Baxın Amnonun ürəyi şərabla nəşələnəndə sizə “Amnonu vurun!” deyəcəyəm, o zaman onu öldürün, qorxmayın. Sizə əmri verən mən deyiləmmi? Cəsur və igid olun».


Onlar oturdular və ikisi də birlikdə yeyib-içdilər. Sonra gənc qadının atası bu kişiyə dedi: «Rica edirəm, bu gecəni də bizimlə qal, qoy ürəyin şad olsun».


Onlar çölə, bağlara gedib üzüm yığdılar. Sonra bu üzümləri əzib şənlik qurdular və öz allahlarının ibadətgahına gedərək yeyib-içib Avimelekə lənət oxudular.


digərləri də təhqir olunub döyüldülər, habelə zəncirlərə və həbslərə məruz qaldılar;


Tikanlardan bir tac hörüb başına qoydular, sağ əlinə də bir qamış verdilər. Önündə diz çöküb «Yəhudilərin Padşahı sağ olsun!» deyərək Onu ələ saldılar.


Fəqət bunun əvəzinə siz sevinc və şadlıq tapdınız, «Qoy yeyib-içək, çünki sabah öləcəyik!» dediniz, Cöngə, qoyun kəsdiniz, ət yediniz, şərab içdiniz.


Qasidlər padşahın əmri ilə cəld yola düşdü. Fərman Şuşan qalasında tərtib olundu. Padşahla Haman əyləşib şərab içərkən Şuşan şəhəri çaşbaş qalmışdı.


Bu sözü eşidəndə Ben-Hadad padşahlarla birgə çadırlarda şərab içirdi. O, əsgərlərinə «Sıraya düzülün!» dedi. Onlar şəhərin qarşısında sıraya düzüldülər.


Kişi cariyəsi və nökəri ilə getmək üçün ayağa qalxanda qayınatası – gənc qadının atası ona dedi: «Bax gün günortanı keçib, axşama çatır. Rica edirəm, bu gecəni də burada qal, qoy ürəyin şad olsun. Sabah səhər tezdən durub evinizə qayıdarsınız».


Kahinin könlü şad oldu, efodla ev bütlərini və oyma bütü götürüb xalq ilə bərabər getdi.


Xalq Şimşonu görəndə öz allahlarına həmdlər etdi və dedi: «Ölkəmizə ziyan vuran, Bizdən bir çoxunu öldürən Düşmənimizi allahımız bizə təslim etdi».


Şimşon əlindən tutan gəncə dedi: «Nə olar, məni burax, məbədin damını saxlayan dirəklərə toxunum və onlara söykənim».


Yeddinci gün padşah Axaş veroşun ürəyi şərabdan nəşələnəndə hüzurunda xidmət edən Mehuman, Bizzeta, Xarvona, Biqta, Avaqta, Zetar və Karkas adlı yeddi hərəmağasına belə əmr etdi:


跟着我们:

广告


广告