Biblia Todo Logo
在线圣经

- 广告 -




HAKİMLƏR 14:17 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

17 Yeddi gün ziyafət davam edə-edə qadın onun qarşısında ağladı. Yeddinci gün Şimşon tapmacanın açmasını arvadına dedi, çünki qadın onu cana gətirmişdi. Qadın da gedib tapmacanın cavabını öz xalqına söylədi.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

17 Yeddi gün ziyafət davam edə-edə qadın onun qarşısında ağladı. Yeddinci gün Şimşon tapmacanın açmasını arvadına dedi, çünki qadın onu cana gətirmişdi. Qadın da gedib tapmacanın cavabını öz xalqına söylədi.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

17 Једди ҝүн эијафәт давам едә-едә гадын онун гаршысында ағлады. Једдинҹи ҝүн Шимшон тапмаҹанын ачмасыны арвадына деди, чүнки гадын ону ҹана ҝәтирмишди. Гадын да ҝедиб тапмаҹанын ҹавабыны өэ халгына сөјләди.

参见章节 复制




HAKİMLƏR 14:17
13 交叉引用  

Qadının bu sözlərindən, hər gün ona əziyyət və başağrısı verməsindən Şimşonun canı boğazına yığıldı.


Sizə deyim ki, o həmin adamla dost olduğu halda vermək istəməsə də, təkidlə xahiş etdiyinə görə qalxıb nə qədər ehtiyacı olsa, ona verəcək.


Fəndlər işlədib onu tovladı, Şirin dilə tutub yoldan çıxartdı.


Arvadı ona dedi: «Yenə də kamil olaraq qalacaqsan? Lənət et Allaha, öl qurtar!»


Delila Şimşona dedi: «Bəsdir, indiyə qədər məni lağa qoyub yalan dedin. İndi isə bir başa sal görüm, səni nə ilə bağlamaq olar?» Şimşon dedi: «Saçımın yeddi hörüyünü toxucu dəzgahındakı parça ilə toxusan».


Delila Şimşona dedi: «Rica edirəm, səndəki bu böyük qüvvənin haradan olduğunu mənə söylə. Səni necə ram etmək və bağlamaq olar?»


Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi.


Arvadı Şimşonun qarşısında ağlayıb dedi: «Əslində məndən zəhlən gedir, məni sevmirsən, ona görə də xalqımın oğullarına dediyin tapmacanın cavabını mənə açmırsan». Şimşon ona dedi: «Bax heç atama və anama da bu tapmacanın cavabını açmamışam. Sənəmi açım?»


Şəhərin adamları yeddinci gün günəş batmazdan əvvəl Şimşona dedilər: «Baldan şirini varmı? Aslandan güclüsü varmı?» Şimşon onlara dedi: «Əgər mənim düyəmlə kotan sürməsəydiniz, tapmacamı tapa bilməzdiniz».


«Dillərini yalan üçün Kaman kimi dartırlar. Həqiqət naminə güc göstərmirlər. Çünki pisliyi pislik dalınca edirlər, Məni tanımırlar» Rəbb belə bəyan edir.


Qonşunuza inanmayın, Dostunuza bel bağlamayın, Hətta qoynunuzda yatan arvadınızdan belə, Ağzınızı möhkəm saxlayın.


跟着我们:

广告


广告