Biblia Todo Logo
在线圣经

- 广告 -




HABAQQUQ 3:16 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

16 Eşitdim və varlığım lərzəyə gəldi, Səsindən dodaqlarım əsdi. Çürüklük sümüklərimə girdi, Dizlərim titrədi. Amma bizə hücum edən xalqın Fəlakətə düşdüyü günü səbirlə gözləyəcəyəm.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

16 Eşitdim və varlığım lərzəyə gəldi, Səsindən dodaqlarım əsdi. Çürüklük sümüklərimə girdi, Dizlərim titrədi. Amma bizə hücum edən xalqın Fəlakətə düşdüyü günü səbirlə gözləyəcəyəm.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

16 Ешитдим вә варлығым ләрэәјә ҝәлди, Сәсиндән додагларым әсди. Чүрүклүк сүмүкләримә ҝирди, Диэләрим титрәди. Амма биэә һүҹум едән халгын Фәлакәтә дүшдүјү ҝүнү сәбирлә ҝөэләјәҹәјәм.

参见章节 复制




HABAQQUQ 3:16
29 交叉引用  

Peyğəmbərlər haqqında: Ürəyim içimdə parçalandı, Bütün sümüklərim titrədi. Rəbbə görə, Onun müqəddəs sözlərinə görə Bir sərxoş kimi, Şəraba aludə olan adam kimiyəm.


Ya Rəbb, Sənin şöhrətin haqqında eşitdim, Ya Rəbb, gördüyün işlərə görə qorxdum. Bizim vaxtımızda da eyni işlər gör, Bizim dövrümüzdə bunları bildir! Qəzəblənəndə mərhəmətini xatırla!


Mən tək qaldım. Bu böyük görüntünü görəndə məndə qüvvət qalmadı, üzümün siması dəyişdi və taqətdən düşdüm.


Onda mən Daniel taqətdən düşdüm və bir neçə gün xəstə oldum. Sonra qalxıb padşahın işləri ilə məşğul olmağa başladım. Mən bu görüntüdən çaşqın hala gəlmişdim, onu anlaya bilmirdim.


Ruh məni yuxarı qaldırdı və götürüb apardı. Mən də kədərli və acıqlı halda getdim. Rəbb əlini mənim üzərimdə möhkəm tutmuşdu.


Dayanıb dözməklə canlarınızı qurtarın.


Gecələr sümüklərim sızıldayır, Canımı gəmirən ağrılar dayanmır.


Qaralan dərim soyulur, Qızdırmadan sümüklərim yanır.


Xeyirxah arvad ərinin tacıdır, Adbatıran qadın çürümüş sümüyə oxşar.


Ürəyin rahatlığı cana həyat verər, Paxıllıqsa sümükləri çürüdər.


Ah, sinəmdəki dərdim! Əzabdan qıvrılıram. Ah, qəlbim, qəlbim çırpınır, susa bilmirəm. Çünki, ey canım, şeypur səsini, döyüş nərəsini eşidirəm.


Rəbb bəyan edir: «Ey İsrail xalqı, Uzaqdan üstünüzə bir millət gətirəcəyəm. Dilini bilmədiyin, Dediklərini anlamadığın Güclü, qədim bir millət.


Yuxarıdan od göndərdi, Sümüklərimədək bu odu yeritdi. Ayaqlarım üçün tor qurdu, Məni geri qaytardı. Gün boyu məni yalqız qoydu, taqətdən saldı.


Gördüklərimdən belimə sancı düşdü, Doğan qadın tək məni ağrı tutdu. Eşitdiklərimdən sarsıldım Gördüklərimdən məni vahimə bürüdü.


Ah, bu nə dəhşətli gündür! Bir daha belə gün olmayacaq, Yaqub nəsli üçün sıxıntı dövrü olacaq, Ancaq yenə də bundan qurtulacaq”.


Ya Rəbb, bax dara düşmüşəm, Canım əzabdan yanır. Çox üsyankarlıq etmişəm, Buna görə ürəyim üzülür. Bayırdakı qılınc məni övladsız qoyur, Ölüm evimi içəridən bəzəyir.


Mən onun danışıq səsini eşitdim. Danışıq səsini eşidəndə dərin yuxuya getdim və üzüstə düşüb torpağa uzandım.


跟着我们:

广告


广告