Biblia Todo Logo
在线圣经

- 广告 -




HABAQQUQ 2:6 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 Amma bütün bu əsir alınanlar Onu lağa qoyacaqlar, İstehzalı müəmmalarla deyəcəklər: “Özünə aid olmayanı ələ keçirənin, Xərac alıb varlananın vay halına! Bu nə vaxta qədər davam edəcək?”

参见章节 复制

Azərbaycan Bibliyası 2008

6 Amma bütün bu əsir alınanlar Onu lağa qoyacaqlar, İstehzalı müəmmalarla deyəcəklər: “Özünə aid olmayanı ələ keçirənin, Xərac alıb varlananın vay halına! Bu nə vaxta qədər davam edəcək?”

参见章节 复制

МУГӘДДӘС КИТАБ

6 Амма бүтүн бу әсир алынанлар Ону лаға гојаҹаглар, Истеһэалы мүәммаларла дејәҹәкләр: “Өэүнә аид олмајаны әлә кечирәнин, Хәраҹ алыб варлананын вај һалына! Бу нә вахта гәдәр давам едәҹәк?”

参见章节 复制




HABAQQUQ 2:6
25 交叉引用  

O gün sizi lağa qoyub, Belə yanıqlı mərsiyə oxuyacaqlar: “Biz tamam məhv olduq! Rəbb xalqımın payını dəyişdirdi, Onu necə məndən uzaqlaşdırdı, Tarlamızı satqınlara payladı”.


Rəbbin qəzəbi üzündən Heç kəs orada yaşamayacaq, Tamamilə viran olacaq. Hər keçən Babilin aldığı Bütün yaraları görəndə Heyrət içində fit çalacaq.


Onlar barədə Babildəki bütün sürgün olunmuş Yəhudalılar bundan sonra ‹Rəbb səni Babil padşahının diri-diri yandırdığı Sidqiya və Axav kimi etsin› deyə lənət edəcək.


Bilam gələcəkdən xəbər verib dedi: «Balaq məni Aramdan, Moav padşahı məni şərq dağlarından gətirdi, “Gəl, mənim xeyrimə görə Yaquba lənət oxu, Gəl İsrailə qarğış et” dedi.


Hər şeyin sonu yaxındır. Beləliklə, ağıllı-kamallı olun və dua etmək üçün ayıq durun.


Amma Allah ona dedi: “Ay axmaq, bu gecə canını səndən alacaqlar. Bəs hazırladığın kimə qalacaq?”


Xalqlar odda yandırılmaq üçün zəhmət çəkir, Ümmətlər boş yerə özünü yorur. Bu, Ordular Rəbbindən deyilmi?


O onların hamısını qarmaqla çəkir, Torla çıxarır, ağlarına yığır, Buna sevinib-şadlanır.


Qüdrətli başçılar ölülər diyarından Misir və ona arxa olanlar üçün belə söyləyəcək: “Yerin altına endilər, qılıncla öldürülən sünnətsizlər kimi indi burada yatırlar”.


Nə üçün pulunuzu çörək olmayan şeylərə, Qazandığınızı sizi doydurmayan şeylərə xərcləyirsiniz? Məni diqqətlə dinləyin ki, Yaxşı şeylər yeyəsiniz, nemətlərdən dadasınız.


Bu, kül yemək kimi boş işdir, Aldanmış ürəkləri onları yoldan azdırır, Canlarını qurtara bilmir və sağ əlimdəki əşya aldadıcı deyilmi?»


Varlanmaq üçün kasıba zülm edən, Zəngin adama verən ehtiyaca düşər.


Bilam gələcəkdən xəbər verib dedi: «Ey Balaq, oyan və dinlə; Ey Sippor oğlu, mənə qulaq as.


Çünki o deyir: “Bunu mən əlimin qüvvəti ilə, hikmətim və ağlımla etdim. Xalqları ayıran sərhədləri yox etdim, xəzinələrini talan etdim, Bir güclü buğa kimi padşahları taxtlarından endirdim.


Şəhəri qanlarla tikənin, Kəndi haqsızlıqla quranın vay halına!


Yer qalmayana qədər evi evə, Tarlanı tarlaya birləşdirənlərin vay halına! Yaşamağa yer qoymamısınız, Məgər bu ölkədə tək siz yaşayırsınız?


Haqsızlıqla var-dövlət toplayan adam Özünün yumurtlamadığı yumurtaların üstünə Oturan kəklik kimidir. Ömrünün ortasında var-dövləti əldən gedəcək, Axırda o adam axmaq çıxacaq.


跟着我们:

广告


广告