Biblia Todo Logo
在线圣经

- 广告 -




ESTER 3:12 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

12 Birinci ayın on üçüncü günündə padşahın mirzələri çağırıldı. Hamanın əmri hər vilayətə öz yazısı və hər xalqa öz dili ilə yazılaraq canişinlərə, bütün vilayətlərin valilərinə və xalqların rəislərinə göndərildi. Bu əmr padşah Axaşveroşun adı ilə yazıldı və padşahın möhürlü üzüyü ilə möhürləndi.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

12 Birinci ayın on üçüncü günündə padşahın mirzələri çağırıldı. Hamanın əmri hər vilayətə öz yazısı və hər xalqa öz dili ilə yazılaraq canişinlərə, bütün vilayətlərin valilərinə və xalqların rəislərinə göndərildi. Bu əmr padşah Axaşveroşun adı ilə yazıldı və padşahın möhürlü üzüyü ilə möhürləndi.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

12 Биринҹи ајын он үчүнҹү ҝүнүндә падшаһын мирэәләри чағырылды. Һаманын әмри һәр вилајәтә өэ јаэысы вә һәр халга өэ дили илә јаэылараг ҹанишинләрә, бүтүн вилајәтләрин валиләринә вә халгларын рәисләринә ҝөндәрилди. Бу әмр падшаһ Ахашверошун ады илә јаэылды вә падшаһын мөһүрлү үэүјү илә мөһүрләнди.

参见章节 复制




ESTER 3:12
12 交叉引用  

O, Axavın adından məktublar yazdı və onları Axavın möhürü ilə möhürlədi. Navotun şəhərində onunla birgə yaşayan ağsaqqallara və əyanlara məktublar göndərdi.


Padşahın bütün vilayətlərinə yazılı əmrlər göndərdi. Bu əmrlər hər vilayətə öz yazısı və hər xalqa öz dili ilə yazıldı. «Hər kişi öz ailəsində hakim olsun və öz xalqının dilində danışsın» deyə elan edildi.


Ancaq o adamlar birlikdə padşahın yanına gəlib ona dedi: «Ey padşah, bunu bil ki, Midiya və Fars qanunlarına görə padşahın təsdiq etdiyi qadağan əmri və fərman dəyişilməz».


Sonra gəlib padşaha öz qadağan əmri barədə dedilər: «Ey padşah, otuz gün ərzində kim səndən başqa bir allaha yaxud insana dua edərsə, şirlər olan quyuya atılsın deyə qadağan əmri imzalamadınmı?» Padşah cavab verdi: «Bu qərar dəyişilməz olan Midiya və Fars qanunlarına əsasən qətidir».


Ey padşah, indi bu qadağan əmrini ver, Midiya və Fars qanunlarına əsasən dəyişilməz və heç vaxt pozulmayan bir fərmanı imzala».


Yəhudilər özləri və sonrakı nəsilləri üçün, habelə onlara qoşulanlar üçün bir adət təsis etdirib bunu davam etdirdilər. Dedilər ki, bu iki günü hər il qaydalara və müəyyən vaxta görə qeyd etməkdə laqeydlik göstərməməlidirlər.


Padşah Hamandan geri aldığı üzüyü çıxarıb Mordokaya verdi. Ester də Mordokayı Hamanın evinə nəzarətçi qoydu.


Sonra onlar padşahın əmrlərini padşahın canişinlərinə və Fərat çayının qərb tərəfindəki valilərinə verdilər. Onlar da xalqa və Allahın evinə kömək etdilər.


Padşah Hamana dedi: «Gümüş də sənin ixtiyarında olsun, xalq da. Bu xalqa gözündə nə xoşdursa, onu da et».


sən əmr etmisən ki, şeypur, zurna, lira, arfa, səntur, tuluq zurnası və hər cür musiqi alətlərinin səsini eşidən hər kəs yerə əyilib qızıl heykələ səcdə etsin.


O zaman padşah Dara bütün dünyada yaşayan xalqlara, millətlərə və dillərə mənsub olan adamlara belə yazdı: «Sülhünüz bol olsun!


跟着我们:

广告


广告