Biblia Todo Logo
在线圣经

- 广告 -




EFESLİLƏRƏ 4:29 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

29 Ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

29 Ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin.

参见章节 复制

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

29 Ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

29 Ағэыныэдан һеч бир пис сөэ чыхмасын, амма ешидәнләрә хејир версин дејә лаэым оланда башгаларынын инкишафына сәбәб олан сөэләр дејин.

参见章节 复制




EFESLİLƏRƏ 4:29
41 交叉引用  

Sözünüz duzlu və hər zaman lütflə dolu olsun. Beləcə hər adama necə cavab vermək lazım olduğunu biləsiniz.


Buna görə indiki kimi bir-birinizi ürəkləndirin və ruhən inkişaf etdirin.


Hikmətli adamın ağzından lütfkar sözlər çıxar, Lakin ağılsız öz dili ilə həlakına yol açar.


Hikmətlinin dili bilik səpələyir, Axmağın qəlbi bunu edə bilmir.


Pis adamı itaətsiz dili tələyə salar, Saleh dara düşsə də, oradan salamat qurtarar.


Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər.


Qəlbində hikmət olan dərrakəli adlanar, Şirin dilli olan müdrikliyi artırar.


Yorğunlara sözlə dayaq olmağı bilim deyə Xudavənd Rəbb mənə savadlıların dilini verdi. O hər səhər qulağımı oyadır ki, Savadlı adamlar kimi dinləyə bilim.


İnsan münasib cavab versə, şad olar, Sözü yerində demək nə yaxşıdır!


İmanlı olmayanların arasında yaxşı həyat tərzi sürün ki, sizi pislik edən adamlar kimi təqsirləndirib böhtan atsalar da, yaxşı işlərinizi müşahidə edib Allahın onlara yaxınlaşdığı gündə Onu izzətləndirsinlər.


Bu vaxt hamı Onun haqqında yaxşı sözlər deyirdi və Onun ağzından çıxan lütf dolu kəlmələrə heyrət edirdi. Onlar «Məgər bu, Yusifin Oğlu deyilmi?» deyirdi.


Ey arvadlar, siz də eyni tərzdə öz ərlərinizə tabe olun. Əgər onlardan bəzisi Allahın kəlamına itaət etməzsə, siz arvadların ismətli, ehtiramlı həyat tərzinizi müşahidə etsinlər; beləcə onları dinməz-söyləməz qazana bilərsiniz.


Bütün bədən Onunla birləşdiyi üçün hər buğumun köməyi ilə üzvi surətdə Ona bağlanıb qurulur və hər üzvün ahəngdar işləməsi ilə böyüyür, məhəbbətlə inkişaf edir.


Məsihin bədəninin inkişafından ötrü xidmət vəzifəsini yerinə yetirmək üçün müqəddəsləri təmin etsinlər.


Çünki boş və lovğa sözlər söyləyərək səhv yolla gedənlərin arasından çətinliklə qaçanları cismani ehtiraslarla və əxlaqsızlıqla yoldan azdırırlar.


İmanlılar cəmiyyətində isə naməlum dildə minlərlə söz deməkdənsə başqalarını öyrətmək üçün şüurlu surətdə beş kəlmə deməyi üstün tuturam.


Beləliklə, özümüzü sülh gətirən və bir-birimizi inkişaf etdirən işlərə həsr edək.


Hər birimiz yaxşılıq naminə inkişaf etdirmək məqsədi ilə qonşumuzu razı salaq.


Həmin iki şagird onun sözlərini eşidib İsanın ardınca getdi.


跟着我们:

广告


广告