Biblia Todo Logo
在线圣经

- 广告 -




DANİEL 7:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Daniel danışmağa başlayıb dedi: mən gecə gələn görüntüdə gördüm ki, budur, göylərin dörd küləyi böyük bir dənizin üstündə çarpışır.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

2 Daniel danışmağa başlayıb dedi: mən gecə gələn görüntüdə gördüm ki, budur, göylərin dörd küləyi böyük bir dənizin üstündə çarpışır.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

2 Даниел данышмаға башлајыб деди: мән ҝеҹә ҝәлән ҝөрүнтүдә ҝөрдүм ки, будур, ҝөјләрин дөрд күләји бөјүк бир дәниэин үстүндә чарпышыр.

参见章节 复制




DANİEL 7:2
13 交叉引用  

Bundan sonra mən yer üzünün dörd küncündə dayanan dörd mələk gördüm. Onlar yer üzünün dörd küləyini tutmuşdular ki, nə quru, nə dəniz və nə də bir ağac üstünə yel əssin.


Mələk mənə dedi: «Fahişənin üzərində oturduğunu gördüyün sular – xalqlar, kütlələr, millətlər və dillərdir.


O, mələklərini uca şeypur səsi ilə göndərəcək. Mələklər də göylərin bir ucundan o biri ucuna qədər dörd külək istiqamətindən Onun seçdiklərini toplayacaq.


Elam üzərinə göylərin hər tərəfindən Dörd küləyi gətirəcəyəm, Xalqını dörd tərəfə səpələyəcəyəm. Elamdan sürgün olunanların Aralarına getmədiyi bir millət qalmayacaq.


O zaman bu sirr Danielə gecə gələn görüntüdə aşkar oldu, buna görə də Daniel göylərin Allahına şükür etdi.


Bundan sonra mən gecə gələn görüntülərdə dəhşətli, heybətli və çox güclü olan dördüncü heyvanı gördüm. Onun böyük dəmir dişləri var idi. O hər şeyi əzib yeyir, qalıqları isə ayaqları altında tapdalayırdı. O, heyvanların hamısından fərqlənirdi və on buynuzu var idi.


Gecə gələn görüntülərdə gördüm ki, budur, bəşər oğluna bənzər Biri göyün buludları ilə gəlir. O, Əzəldən Var Olana yaxınlaşdı və Onun hüzuruna gətirildi.


Görüntüdə özümü Elam vilayətinin Şuşan qalasında gördüm. Həmin görüntüdə mən Ulay kanalının kənarında dayanmışdım.


Bir müddət təkə özünü çox yüksəltdi, ancaq qüvvətlənəndə böyük buynuzu qırıldı. Onun əvəzinə göylərin dörd səmtinə doğru yönəlmiş gözə çarpan dörd buynuz çıxdı.


Ancaq onun gəldiyi vaxt padşahlığı dağılıb göylərin dörd küləyinin səmtinə bölünəcək, onun nəslinə keçməyəcək və hökmranlığı kimi güclü olmayacaq. Çünki onun padşahlığı dağılacaq və nəslindən olmayan adamlara qalacaq.


Mələk mənə cavab verdi: «Bunlar bütün yer üzünün Sahibinə xidmət etdikləri yerdən çıxan göylərin dörd səmtinin ruhudur.


Ah, çoxsaylı xalqların gurultusu Dənizlərin gurultusuna bənzər! Ümmətlərin nərəsi böyük suların çağlayışına oxşar!


Babili çay basacaq, Onu gurlayan dalğalar örtəcək.


跟着我们:

广告


广告