Biblia Todo Logo
在线圣经

- 广告 -




BİRİNCİ ŞAMUEL 5:4 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

4 Amma ertəsi gün səhər erkən durduqları vaxt gördülər ki, Daqon yenə Rəbbin sandığının önündə üzüstə yerə düşmüşdür. Bu dəfə isə Daqonun başı ilə iki əli qırılıb kandarın üstünə düşmüş və yalnız gövdəsi qalmışdı.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

4 Amma ertəsi gün səhər erkən durduqları vaxt gördülər ki, Daqon yenə Rəbbin sandığının önündə üzüstə yerə düşmüşdür. Bu dəfə isə Daqonun başı ilə iki əli qırılıb kandarın üstünə düşmüş və yalnız gövdəsi qalmışdı.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

4 Амма ертәси ҝүн сәһәр еркән дурдуглары вахт ҝөрдүләр ки, Дагон јенә Рәббин сандығынын өнүндә үэүстә јерә дүшмүшдүр. Бу дәфә исә Дагонун башы илә ики әли гырылыб кандарын үстүнә дүшмүш вә јалныэ ҝөвдәси галмышды.

参见章节 复制




BİRİNCİ ŞAMUEL 5:4
11 交叉引用  

Samariyanın bütün oyma bütləri parça-parça olacaq, Məbədinə verilən hədiyyələr yandırılacaq, Bütün heykəllərini dağıdacağam. Axı bu hədiyyələr fahişəlik haqqı ilə yığılmışdı, Onlar yenə də fahişələr üçün işlədiləcək».


«Millətlərə bildirib elan edin. Bayraq qaldırıb xəbər verin, Heç nəyi gizlətməyin! Deyin ki, Babil ələ keçiriləcək, Bel allahı utandırılacaq, Marduk allahı dəhşətə düşəcək, Bütləri alçaldılacaq, Məbudları parça-parça olacaq.


Allah mənə dedi ki, onlara belə söylə: «Yeri və göyü yaratmayan allahlar yer üzündən və göyün altından yox olacaq».


Hətta onların allahlarını, tökmə bütlərini qiymətli qızıl və gümüş qabları ilə birlikdə Misirə çəkib aparacaq. Bir neçə il ərzində şimal padşahını rahat buraxacaq.


Yaqub nəslinin qəbahəti bununla bağışlanacaq, Günahın aradan götürülməsinin tam bəhrəsi bu olacaq: Bütpərəst qurbangahların daşları Tabaşir kimi ovulacaq, İlahə Aşeranın rəmzi olan sütunlar Ya da buxur qurbangahları Bir daha dikəlməyəcək.


Ona görə də həm şişlərinizin, həm də ölkənizi dağıdan siçovulların surətlərini yaradın və İsrailin Allahını şərəfləndirin. Bəlkə O sizin, allahlarınızın və torpağınızın üstündə əlini yüngülləşdirdi.


Belə təqdimi gətirə bilməyən yoxsul adam Çürüməyən bir ağac seçər, Məharətli usta tapar ki, Yerindən tərpənməyən büt düzəltsin.


Hər kəs ağılsız oldu, Bilikləri qalmadı. Hər zərgər düzəltdiyi bütdən utanacaq, Çünki onun tökdüyü büt puçdur, Onda nəfəs yoxdur.


Onlar boş şey, Masqaraçıların işidir. Cəza vaxtı məhv olacaqlar.


跟着我们:

广告


广告