Biblia Todo Logo
在线圣经

- 广告 -




BİRİNCİ ŞAMUEL 18:17 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

17 Şaul Davuda dedi: «Bax, budur böyük qızım Merav, onu sənə ərə verəcəyəm. Ancaq sən uğrumda cəsur ol və Rəbbin döyüşlərini apar». Çünki Şaul «qoy o mənim yox, Filiştlilərin əlində ölsün» deyə fikirləşdi.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

17 Şaul Davuda dedi: «Bax, budur böyük qızım Merav, onu sənə ərə verəcəyəm. Ancaq sən uğrumda cəsur ol və Rəbbin döyüşlərini apar». Çünki Şaul «qoy o mənim yox, Filiştlilərin əlində ölsün» deyə fikirləşdi.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

17 Шаул Давуда деди: «Бах, будур бөјүк гыэым Мерав, ону сәнә әрә верәҹәјәм. Анҹаг сән уғрумда ҹәсур ол вә Рәббин дөјүшләрини апар». Чүнки Шаул «гој о мәним јох, Филиштлиләрин әлиндә өлсүн» дејә фикирләшди.

参见章节 复制




BİRİNCİ ŞAMUEL 18:17
22 交叉引用  

Yalvarıram, kənizinin günahını bağışla, çünki Rəbb mütləq ağam üçün möhkəm sülalə yaradacaq, ona görə ki ağam Rəbbin döyüşlərini edir və ömrün boyu səndə şər olmayacaq.


Şaul dedi: «Davuda deyərsiniz: “Padşah səndən başlıq pulu istəmir. Ancaq padşahın düşmənlərindən qisas almaq üçün yüz Filiştlinin sünnət ətini istəyir”». Bunu da Şaul Davudu Filiştlilərin əli ilə həlak etmək üçün quraşdırmışdı.


İsraillilər dedilər: «Qabağa çıxan bu adamı görürsünüzmü? Doğrudan da, o, İsrailə meydan oxumağa çıxıb. Kim onu öldürsə, padşah onu var-dövlətə çatdıracaq, qızını ona verəcək və atasının ailəsini İsraildəki vergidən azad edəcək».


Şaul «Davuda Mikalı verim ki, bu ona bir tələ olsun. Qoy Davud Filiştlilərin əli ilə öldürülsün» deyə fikirləşdi. Sonra Şaul Davuda dedi: «Bu gün mənə kürəkən olmaq üçün əlində ikinci fürsət var».


Bütün bu camaat biləcək ki, Rəbb qılıncla və nizə ilə xilas etməz, çünki bu döyüş Rəbbindir və O sizi bizə təslim edəcək».


Nə üçün Rəbbin gözündə pis olan işi etdin? Niyə Onun sözünə xor baxdın? Xetli Uriyanın arvadını özünə arvad etmək üçün onu qılıncla öldürtdürdün. Uriyanı Ammon övladlarının qılıncı ilə öldürtdürdün.


Məktubunda belə yazılmışdı: «Uriyanı qızğın döyüşlərə göndər. Onu ön xəttə qoy və yanından çəkilin ki, vurulub öldürülsün».


O adamı əvvəlcə şahidlər, sonra isə bütün xalq daşqalaq etsin. Beləliklə, aranızdan pisliyi atın.


Musa onlara dedi: «Əgər Qadlılarla Ruvenlilər silahlanaraq Rəbbin əmri ilə sizinlə İordan çayının o biri tayına keçərlərsə, torpaq zəbt olunarsa, onda Gilead torpağını onlara mülk olaraq verin.


Sənin qulların – hamımız silahlanaraq, ağamız buyurduğu kimi çayı keçib Rəbbin əmri ilə döyüşə çıxacağıq».


Musa onlara belə cavab verdi: «Əgər siz belə hərəkət edib silahlanaraq Rəbbin hüzurunda döyüşə getsəniz


Bu barədə «Rəbbin Döyüşləri» kitabında yazılmışdır: «Sufada olan Vahev və vadilər Arnon,


Şaulun oğulları Yonatan, İşvi və Malki-Şua idi. İki qızından böyüyünün adı Merav, kiçiyinin adı isə Mikal idi.


Bu qulun həm aslan, həm də ayı öldürüb, bu sünnətsiz Filiştli də onlardan biri kimi olacaq, çünki o, var olan Allahın alaylarına meydan oxumuşdur».


Davud qalxıb adamları ilə getdi və Filiştlilərdən iki yüz kişini öldürdü. Padşahın kürəkəni olmaq üçün Davud onların sünnət ətini gətirdi və onları tam sayda padşaha verdilər. Şaul qızı Mikalı Davuda ərə verdi.


Davud Ziqlaqa gəldi və «budur, sizin üçün Rəbbin düşmənlərindən alınan talandan bir hədiyyə» deyərək dostları olan Yəhuda ağsaqqallarına,


Rəbbin sandığı Davudun şəhərinə gətiriləndə Şaulun qızı Mikal pəncərədən baxıb padşah Davudu Rəbbin önündə atılıb rəqs edərkən gördü və ürəyində ona kinayə etdi.


Düşmən kinini dili altında gizlədər, Qəlbində hiyləsini saxlar.


Onun mehriban danışığına inanma, Qəlbinə yeddi cür iyrənclik doldurub.


Nifrətini fırıldaqla gizlətsə də, Şəri camaat qarşısında üzə çıxar.


跟着我们:

广告


广告