Biblia Todo Logo
在线圣经

- 广告 -




BİRİNCİ ŞAMUEL 12:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 Lakin onlar özlərinin Allahı Rəbbi unutdular, Rəbb də onları Xasor ordusunun başçısı Sisraya, Filiştlilərə və Moav padşahına təslim etdi. Onlar atalarınıza qarşı vuruşdular».

参见章节 复制

Azərbaycan Bibliyası 2008

9 Lakin onlar özlərinin Allahı Rəbbi unutdular, Rəbb də onları Xasor ordusunun başçısı Sisraya, Filiştlilərə və Moav padşahına təslim etdi. Onlar atalarınıza qarşı vuruşdular».

参见章节 复制

МУГӘДДӘС КИТАБ

9 Лакин онлар өэләринин Аллаһы Рәбби унутдулар, Рәбб дә онлары Хасор ордусунун башчысы Сисраја, Филиштлиләрә вә Моав падшаһына тәслим етди. Онлар аталарыныэа гаршы вурушдулар».

参见章节 复制




BİRİNCİ ŞAMUEL 12:9
15 交叉引用  

İsrail övladları yenə də Rəbbin gözündə pis işlər etdilər. Rəbb onları qırx il Filiştlilərə təslim etdi.


Buna görə də İsraillilərə qarşı Rəbbin qəzəbi alovlandı və onları Filiştlilərə, Ammon övladlarına təslim etdi.


Buna görə də Rəbb onları Xasorda padşahlıq edən Kənan padşahı Yavinə təslim etdi. Yavinin ordu başçısı Sisra idi. O, Xaroşet-Haqqoyimdə yaşayırdı.


İsrail övladları yenə də Rəbbin gözündə pis olan işləri gördülər. Rəbb də Moav padşahı Eqlonu İsraillilərə qarşı qaldıraraq qüvvətləndirdi. Çünki onlar Rəbbin gözündə pis olan işləri görmüşdülər.


Sizi həyata gətirən Qayanı atdınız. Sizi yaradan Allahı unutdunuz.


Qız öz bəzəklərini, gəlin öz cehizini unuda bilərmi? Ancaq xalqım uzun müddət məni unutdu.


Lakin İsrail üsyankar olaraq Onun Müqəddəs Ruhunu kədərləndirdi. Rəbb də düşməni olub Onlara qarşı döyüşdü.


Bundan sonra Anat oğlu Şamqar hakim oldu və o, altı yüz Filiştlini öküz payası ilə qıraraq İsraili xilas etdi.


Rəbbin İsrailə qarşı qəzəbi alovlandı və onları basqınçılara təslim etdi. Basqınçılar da onları talan etdilər. Rəbb onları ətraflarındakı düşmənlərə verdi. İsrail övladları isə düşmən qabağında tab gətirə bilmədilər.


Əgər onların Qayası onları satmasaydı, Rəbb onları təslim etməsəydi, Bir adam min nəfəri necə qova bilərdi? İki kişi on min nəfəri necə qaçıra bilərdi?


Yox, əgər Rəbbin səsinə qulaq asmasanız və Rəbbin əmrinə qarşı çıxsanız, o zaman Rəbbin əli atalarınıza qarşı olduğu kimi sizin də əleyhinizə olacaq.


Sənə bütün düşmənlərinin əlindən rahatlıq verəcəyəm”. Rəbb sənə bildirir ki, Rəbb Özü sənə ev tikəcək.


跟着我们:

广告


广告