Biblia Todo Logo
在线圣经

- 广告 -




BİRİNCİ SALNAMƏLƏR 15:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Onda Davud dedi: «Levililərdən başqa heç kəs Allahın sandığını daşıya bilməz, çünki Rəbbin sandığını daşımaq və Ona əbədi olaraq xidmət etmək üçün Rəbb onları seçdi».

参见章节 复制

Azərbaycan Bibliyası 2008

2 Onda Davud dedi: «Levililərdən başqa heç kəs Allahın sandığını daşıya bilməz, çünki Rəbbin sandığını daşımaq və Ona əbədi olaraq xidmət etmək üçün Rəbb onları seçdi».

参见章节 复制

МУГӘДДӘС КИТАБ

2 Онда Давуд деди: «Левилиләрдән башга һеч кәс Аллаһын сандығыны дашыја билмәэ, чүнки Рәббин сандығыны дашымаг вә Она әбәди олараг хидмәт етмәк үчүн Рәбб онлары сечди».

参见章节 复制




BİRİNCİ SALNAMƏLƏR 15:2
17 交叉引用  

O zaman Rəbb Levi qəbiləsini ayırdı ki, Rəbbin Əhd sandığını daşısınlar, Rəbbə xidmət edərək, Onun adı ilə xeyir-dua verərək hüzurunda dayansınlar. Onlar bu günədək eyni işi görürlər.


Musa bu qanunu yazıb sonra Rəbbin Əhd sandığını aparan Levili kahinlərə və bütün İsrail ağsaqqallarına verdi.


Nun oğlu Yeşua kahinləri çağırıb onlara dedi: «Əhd sandığını götürün, Rəbbin sandığı qarşısında yeddi kahin qoç buynuzundan olan yeddi şeypur daşısın».


Xalqa əmr edib dedilər: «Allahınız Rəbbin Əhd sandığını Levililərdən olan kahinlərin daşıdığını görəndə siz də yerinizdən irəliləyərək onun ardınca gedin.


Onlardan bəzisini Mən kahin və Levili seçəcəyəm» Rəbb bəyan edir.


Rəbb üçün təqdis edilmiş və bütün İsrailə təlim verən Levililərə dedi: «Müqəddəs sandığı İsrail padşahı Davud oğlu Süleymanın tikdiyi məbədə qoyun. O daha sizin çiyinlərinizə yük olmayacaq. İndi Allahınız Rəbbə və onun xalqı İsrailə xidmət edin.


Lakin Qohatlılara bir şey vermədi, çünki onların vəzifəsi müqəddəs əşyaları çiyinlərində daşımaqdır.


Rəbbin sandığını daşıyanlar altı addım gedəndən sonra Davud bir öküzü və kökəldilmiş buğanı qurban kəsdi.


Sandığı daşımaq üçün şüvülləri sandığın yanlarındakı halqalara keçir.


Levi qəbiləsini gətir və kahin Harunun önündə dayandır ki, ona kömək etsinlər.


Levililəri Harunla oğullarının ixtiyarına ver; onlar İsrail övladları arasından tamamilə Onun xidmətinə verilmişdir.


跟着我们:

广告


广告