Biblia Todo Logo
在线圣经

- 广告 -




BİRİNCİ PADŞAHLAR 18:18 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

18 O cavab verdi: «İsraili mən yox, sən və atanın evi dərdə saldınız. Siz Rəbbin əmrlərindən dönüb Baal bütlərinə xidmət etdiniz.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

18 O cavab verdi: «İsraili mən yox, sən və atanın evi dərdə saldınız. Siz Rəbbin əmrlərindən dönüb Baal bütlərinə xidmət etdiniz.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

18 О ҹаваб верди: «Исраили мән јох, сән вә атанын еви дәрдә салдыныэ. Сиэ Рәббин әмрләриндән дөнүб Баал бүтләринә хидмәт етдиниэ.

参见章节 复制




BİRİNCİ PADŞAHLAR 18:18
23 交叉引用  

O, Asanın qarşısına çıxıb ona dedi: «Ey Asa, bütün Yəhudalılar və Binyaminlilər, məni dinləyin! Siz Rəbb ilə bərabər olarkən O da sizinlədir. Əgər siz Onu axtarsanız, O da Özünü sizə göstərər. Ancaq siz Onu tərk etsəniz, O da sizi tərk edər.


Onlara deyəcəklər: “Ona görə ki bu xalq atalarını Misir torpağından çıxaran özlərinin Allahı Rəbbi tərk etdi və başqa allahlardan yapışdı, onlara səcdə və qulluq etdi. Buna görə də Rəbb bütün bu bəlanı onların üzərinə göndərdi”».


Səni öz pisliyin cəzalandıracaq, Dönüklüyün töhmətini alacaqsan. Sən də görüb bil ki, Allahın Rəbbi atmağın, Məndən qorxmamağın pis və acı şeydir” Ordular Rəbbi Xudavənd belə bəyan edir.


Nevat oğlu Yarovamın günahları ilə getmək ona az gəlirdi, üstəlik Sidonluların padşahı Etbaalın qızı İzeveli də arvad alıb Baala qulluq və səcdə etdi.


Həqiqətən, Axav kimi Rəbbin gözündə pis olan işlər etməyə özünü təslim edən hələ olmamışdı. Arvadı İzevel onu buna təhrik edirdi.


Yaxud özləri desinlər ki, Ali Şuranın qarşısında dayandığım vaxt hansı haqsızlığı üzə çıxartdılar.


Bu anda mənə qarşı etdikləri ittihamları sənin hüzurunda sübut edə bilmirlər.


Çünki Yəhya Hiroda demişdi: «Hirodiyanı almaq sənə qadağandır».


Bax Mən səni də onlar kimi inadkar edəcəyəm, onlar kimi dikbaş edəcəyəm.


“Çünki xalqım iki pis əməl etdi: Məni – axar suların mənbəyini atıb Özlərinə hovuzlar, su saxlamayan çatlı hovuzlar düzəltdilər.


Pis adamların vay halına! Çünki onlara pislik olunacaq, Elədikləri əməlləri qarşılarına çıxacaq.


Günahkarı şər qovar, Salehin yaxşı bir əvəzi var.


Sidq ürəkdən saleh olan həyata qovuşar, Şərin ardınca düşən ölümə çatar.


Rəbb Musaya belə söylədi: «Bu yaxınlarda ölüb atalarına qovuşacaqsan. Bu xalq da gedəcəyi ölkənin allahlarına bağlanıb Mənə xəyanət edəcək. Məni atıb onlarla bağladığım əhdi pozacaqlar.


Yonatan dedi: «Atam ölkəyə əzab verir. Rica edirəm, baxın bu baldan bir az daddım, gör necə gözlərim işıqlandı!


Axav İsrail övladlarının önündən Rəbbin qovduğu Emorlular kimi bütlərə xidmət edərək çox iyrənc işlər etdi.


Qanunu pozanlar pisi təriflər, Qanuna əməl edənlər onlara qarşı çıxar.


«Samariya peyğəmbərləri arasında Bu iyrənc işi gördüm: Baalın adı ilə peyğəmbərlik edərək Xalqım İsraili yoldan azdırdılar.


Başçılar padşaha dedi: «Qoy bu adam öldürülsün. Çünki belə sözlər deyib bu şəhərdə salamat qalan döyüşçüləri və bütün xalqı ruhdan salır. Yəqin bu adam xalqa yaxşılıq deyil, pislik arzulayır».


O, Samariyada tikdiyi Baal məbədində Baal üçün qurbangah qurdu.


Beləcə İsrail padşahı Axazın üzündən Rəbb Yəhudanı alçaltmışdı, çünki o, Yəhudada azğınlıq edib Rəbbə qarşı çox xainlik etmişdi.


Şər insan öz təqsirlərinə görə tutular, Günahının kəməndinə dolanar.


跟着我们:

广告


广告