Biblia Todo Logo
在线圣经

- 广告 -




BİRİNCİ PADŞAHLAR 11:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Rəbb İsrail övladlarına bu xalqlar barədə demişdi: «Onlardan qız almayın və onlara qız verməyin. Əgər belə etsəniz, hökmən ürəyinizi öz allahlarına tərəf azdıracaqlar». Bu qadınlar da həmin xalqlardan idi. Süleyman sevgi ilə onlara bağlandı.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

2 Rəbb İsrail övladlarına bu xalqlar barədə demişdi: «Onlardan qız almayın və onlara qız verməyin. Əgər belə etsəniz, hökmən ürəyinizi öz allahlarına tərəf azdıracaqlar». Bu qadınlar da həmin xalqlardan idi. Süleyman sevgi ilə onlara bağlandı.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

2 Рәбб Исраил өвладларына бу халглар барәдә демишди: «Онлардан гыэ алмајын вә онлара гыэ вермәјин. Әҝәр белә етсәниэ, һөкмән үрәјиниэи өэ аллаһларына тәрәф аэдыраҹаглар». Бу гадынлар да һәмин халглардан иди. Сүлејман севҝи илә онлара бағланды.

参见章节 复制




BİRİNCİ PADŞAHLAR 11:2
24 交叉引用  

Onların qızlarını öz oğullarınıza arvad olaraq almayın ki, onlar öz allahları ilə xəyanət edib sizin oğullarınıza da o allahlara xəyanət etdirməsinlər.


Aldanmayın: «Pis adamlarla ünsiyyət yaxşı əxlaqı pozur».


Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın.


Amma səndən bir şikayətim var: əvvəlki məhəbbətindən əl çəkmisən.


Hərçənd ki belə işlərlə məşğul olanların ölümə layiq olduğu barədə Allahın ədalətli hökmünü bilirlər, amma yenə də bu işləri görürlər, hətta belə işlər görən başqalarını da alqışlayırlar.


Yəhuda xalqı xəyanət etdi. İsraildə və Yerusəlimdə iyrənc işlər edildi: Yəhudalılar yad allahlara tapınan qızlarla evlənərək Rəbbin sevdiyi müqəddəs yeri murdar etdi.


Buna görə də nə qızlarınızı onların oğullarına verin, nə də qızlarından oğullarınıza alın. Əgər qüvvətli olmaq, bu torpağın nemətlərini yemək istəyirsinizsə, heç vaxt onların salamatlığı və firavanlığı üçün çalışmayın. Onda bu torpağı övladlarınıza irs olaraq əbədi saxlayarsınız”.


Axav nəslinin etdiyi kimi o da İsrail padşahlarının yolu ilə getdi, çünki Axavın qızı onun arvadı idi. Yehoram Rəbbin gözündə pis olan işlər etdi.


Xanani oğlu görücü Yehu onun önünə çıxdı və padşah Yehoşafata dedi: «Pis adama kömək etmək və Rəbbə nifrət edənləri sevmək sənə lazım idimi? Bundan ötrü Rəbbin qəzəbi sənin üzərindədir.


Onun ürəyi Yaqubun qızı Dinaya bağlandı. Şekem qızı sevdi və onunla xoş rəftar etdi.


Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaq.


Qırmızı dənizdən Filişt dənizinə qədər, səhradan Fərat çayına qədər sərhədlərinizi çəkəcəyəm. Ölkənin sakinlərini sizə təslim edəcəyəm, siz isə onları yanınızdan qovarsınız.


Özünüzü girdiyiniz torpağın sakinləri ilə əhd kəsməkdən gözləyin ki, o sizə bir tələ olmasın.


Rəbb Süleymana qəzəbləndi, çünki onun ürəyi İsrailin Allahı Rəbdən dönmüşdü. Rəbb ona iki dəfə görünərək


跟着我们:

广告


广告