Biblia Todo Logo
在线圣经

- 广告 -




AMOS 9:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Xalqımdan bütün günah işlədənlər, Mənə ‹bəla bizə yaxınlaşmaz, bizə rast gəlməz› deyənlərin hamısı qılıncdan keçiriləcək.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

10 Xalqımdan bütün günah işlədənlər, Mənə ‹bəla bizə yaxınlaşmaz, bizə rast gəlməz› deyənlərin hamısı qılıncdan keçiriləcək.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

10 Халгымдан бүтүн ҝүнаһ ишләдәнләр, Мәнә ‹бәла биэә јахынлашмаэ, биэә раст ҝәлмәэ› дејәнләрин һамысы гылынҹдан кечириләҹәк.

参见章节 复制




AMOS 9:10
24 交叉引用  

Vay halınıza, ey bəla gününü uzaq sanıb Zorakılığı taxtına yaxınlaşdıranlar!


Siondakı günahkarlar dəhşətə, Allahsızlar lərzəyə gəldi: «Hər şeyi məhv edən alovun yanında hansımız yaşaya bilərik? Əbədi yanan atəşin yanında hansımız dayana bilərik?»


Ordular Rəbbi deyir: «Budur, soba kimi yanan o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman kimi olacaq. Gələn o gün onları yandıracaq. Onlardan nə kök, nə də budaq qalacaq.


İndi biz məğrurları bəxtiyar sayırıq. Pislik edənlər işlərində uğur qazanır, Allahı sınayanlar da cəzadan qurtarır”».


Vay halınıza, ey Sionda laqeyd olanlar, Samariya dağında arxayın oturanlar, İsrail nəslinin müraciət etdiyi Millətlər arasında adlı-sanlılar!


O zaman onlar dedi: «Gəlin Yeremyaya qəsd quraq. Çünki qanunu öyrədəcək kahin, nəsihət verəcək müdrik adam, söz deyəcək peyğəmbər heç vaxt əskik olmayacaq. Gəlin ona dilimizlə hücum edək, sözlərinə qulaq asmayaq».


Bir-birlərinə deyirlər: «Gəlin, şərab gətirək, Bol-bol kefləndirici içki içək! Sabahkı gün də bu gün kimi, Hətta bundan da çox yaxşı olacaq!»


Onlar deyir: «Qoy Allah tələssin, Öz əməlini tez həyata keçirsin, biz də görək. Qoy İsrailin Müqəddəsinin niyyəti gerçək olsun ki, bunu bilək!»


Pis işin cəzası tez verilmədiyinə görə insanların ürəyi də pislik etməyə cəsarət tapır.


Sizin aranızdan Mənə qarşı üsyankar olanları və qanunsuzluq edənləri ayıracağam. Onları müvəqqəti qaldıqları ölkədən çıxaracağam, ancaq İsrail torpağına girməyəcəklər. Onda biləcəksiniz ki, Rəbb Mənəm”.


Onlar Mənə xor baxanlara deyir: “Rəbb söylədi ki, sizin üçün Əmin-amanlıq olacaq”. İnadkarlıqla ürəklərinin istədiyinə uyanlara deyirlər: “Üstünüzə fəlakət gəlməyəcək”.


Budur, Xudavənd Rəbbin gözləri bu günahkar ölkəyə dikilir. Onları yer üzündən silib-atacağam. Amma Yaqub nəslini tamamilə silib-atmayacağam” Rəbb belə bəyan edir.


Amma qullarım peyğəmbərlərə əmr etdiyim Sözlərim və qaydalarım atalarınıza gəlib çatmadımı?” Onlar da tövbə edib dedi: “Ordular Rəbbi əməllərimizə və işlərimizə görə bizə nə etməyi düşündüsə, bizimlə elə də rəftar etdi”».


Mən Rəbb də deyirəm ki, Nexelamlı Şemayanı və onun nəslini cəzalandıracağam. Bu xalqın arasında onun nəslindən olan bir kəs sağ qalmayacaq, xalqıma edəcəyim xeyirxahlığı görməyəcək, çünki o, xalqı Rəbbə qarşı üsyana təhrik etdi” Rəbb belə bəyan edir».


Rəhbərləri rüşvətlə hökm edir, Kahinləri muzdla təlim verir, Peyğəmbərləri falçılıq edib pul alır. Amma Rəbbə güvənərək belə deyirlər: «Rəbb aramızda deyilmi? Üstümüzə bəla gəlməz».


跟着我们:

广告


广告