Biblia Todo Logo
在线圣经

- 广告 -




ZƏBUR 1:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1

参见章节 复制

Azərbaycan Bibliyası 2008

1 Pislərin məsləhəti ilə getməyən, Günahkarların yolunda dayanmayan, Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır!

参见章节 复制

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1

参见章节 复制

МУГӘДДӘС КИТАБ

1

参见章节 复制




ZƏBUR 1:1
52 交叉引用  

Hikmətli ilə oturub-duran hikmət qazanar, Axmaqlarla ayaqlaşan bədbəxt olar.


Amma İsa dedi: «Daha doğrusu, Allahın kəlamını eşidib ona riayət edənlər nə bəxtiyardır!»


Oğlum, onlara qoşulma, Yollarına ayaq basma.


Buna görə Allahın bütün zireh və silahlarını götürün ki, pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir şeyi etdikdən sonra dayana biləsiniz.


Dərin ağlı olan lütf qazanır, Xainin yolu dolaşıqdır.


Hikmət səni pislərin yolundan, Sözü məkrli adamlardan qurtarar.


Pislərinsə yolu zülmətdir, Onlar nəyə görə büdrədiklərini bilməzlər.


Rəbb rişxəndçilərə istehza edər, İtaətkarlara isə lütf göstərər.


Xalatlarını günahdan təmizləyənlər nə bəxtiyardır! Bununla da həyat ağacından yeməyə icazələri olacaq, darvazalardan keçib şəhərə girəcəklər.


Əgər hikmət qazansan, özünə xeyir verərsən, Əgər rişxənd etsən, zərərini özün çəkərsən.


Elə Məsihin vasitəsilə də daxilində qaldığımız lütfə imanla nail olduq və Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik.


İsa ona dedi: «Sən Məni gördüyün üçünmü iman etdin? Görmədən iman edənlər nə bəxtiyardır!»


«Ey cahillər, nə vaxtadək Cəhaləti sevəcəksiniz? Nə vaxtadək rişxəndçilər rişxənddən zövq alacaq, Axmaqların bilikdən zəhləsi gedəcək?


Siz keçmiş vaxtlarda imanlı olmayanların istəklərini yerinə yetirib həyatınızı əxlaqsızlıqla, ehtirasla, əyyaşlıqla, eyş-işrətlə, içib azğınlıq etməklə, iyrənc bütpərəstliklə keçirdiyiniz yetər!


Əgər bu şeyləri bilib onlara əməl edirsinizsə, bəxtiyarsınız.


Rişxəndçilər üçün məhkəmə, Axmaqların kürəyi üçün kötək hazırlanar.


O, Ali Şuranın qərarı və əməli ilə razı olmamışdı. Bu adam Yəhudeyanın Arimateya şəhərindən idi və o da Allahın Padşahlığını gözləyirdi.


İsa ona cavab verib dedi: «Nə bəxtiyarsan, ey Yunus oğlu Şimon! Çünki bunu sənə bildirən ət və qan deyil, göylərdə olan Atamdır.


跟着我们:

广告


广告